11 iyun 2019-cu il tarixdə saat 10:00-da Gəncə şəhərində təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin siyahısı

Obyektin adı Ünvanı Sifarişçi təşkilatın adı Özəlləşdirilən
torpaq
sahəsi
(kv.m)
Əmlakın
ilkin (satış) qiyməti
(100%)
(manat)
Torpaq sahəsinin
 ilkin (satış) qiyməti 
(manat)
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti
(manat)
10% beh (manat)
1 250 yük avtomaşını üçün qarajın yarımçıq tikilisi Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı avtomobil yolunun 3-cü kilometri İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  40081.0 10000 240000 250000 25000
2 Avtoşinlərin bərpası və təmiri müəssisəsinin yarımçıq tikilisi Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı avtomobil yolunun 3-cü kilometri İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  20013.0 5000 145000 150000 15000
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar Gəncə şəhərində yerli hərrac komissiyası tərəfindən keçiriləcəkdir.

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.