Xəzər dənizinin sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət gücləndirilir: monitorinq qrupları yaradılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət daha da gücləndirilir. Bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.

Ardını oxu...

Rəqabətli 16 iyul hərracı: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsində tətbiq etdiyi innovativ hərrac sistemi prosesdə iştirakı investorlar üçün daha əlçatan edir. Hərraca çıxarılmış bütün dövlət əmlakları üzrə elektron seçim və sifariş, o cümlədən özəlləşmədə virtual iştirak imkanı hər kəs üçün hərraclara onlayn qoşulmaq fürsətləri yaradır. Açıq və şəffaf hərraclardakı müasir şərait investorların dövlət əmlaklarının özəlləşdirməsinə marağını artırmağa, eləcə də vətəndaş məmnuniyyətinin və rahatlığının təminatına yönəlib. Eyni zamanda bu üstünlüklər özəlləşdirməni sürətləndirir, fərqli iqtisadi sahələr üzrə yeni biznes obyektlərinin yaranmasına və inkişafına dəstək verir.

Ardını oxu...

Daha 80 dövlət əmlakı özəlləşdirilmək üçün hərraca çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara elektron formada qoşulma üstünlüyü rahat və şəffaf mühiti təmin edərək prosesdə aktiv iştiraka şərait yaradır. Sifarişlərin onlayn formada verilməsi, o cümlədən virtual formada hərracda iştirak fürsətləri vətəndaş məmnunluğuna istiqamətlənib. Hərrac günü sifarişçilərlə yanaşı, digər şəxslər də hərracı qeydiyyatsız formada həm onlayn (https://e-emdk.gov.az/eHerrac), həm də Əmlak Xidmətləri Məkanına getməklə canlı formada izləyə bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın mükəmməl rəqəmsal kadastr məlumatları Bakının Baş Planının hazırlanmasında əsas baza rolunu oynayır: məlumatların inteqrasiyasına start verildi

Əmlak Məsələləri Dövlət Komitəsinin hazırladığı Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Qeyd edilməlidir ki, Bakı şəhərinin elektron kadastr məlumatları əmlaklarla, torpaqlarla bağlı dəqiq və müfəssəl göstəriciləri özündə cəmləşdirdiyindən Baş Planın hazırlanmasında mühüm baza rolunu oynayacaq. Qabaqcıl dünya təcrübəsinə istinad edən beynəlxalq və yerli ekspertlər işlərin müvəffəqiyyətli icrasını təmin etmək məqsədi ilə hazırlanacaq Baş Planın mövcud rəqəmsal kadastr xəritələri üzərindən qurulmasını məqsədəuyğun hesab edirlər. Odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına start verildi. Bununla bağlı iyulun 12-də hər iki qurumun, Baş Planın hazırlanmasında iştirak edən şirkətin, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir ötən ildə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.

Ardını oxu...