Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 02 iyul 2015-ci il tarixində, saat 10:30-da Şirvan Şəhər Mədəniyyət Mərkəzində “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda İşgüzar Forum keçiriləcək.

Tədbirin məqsədi Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsindən irəli gələrək torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələrinin 02 iyul 2015-ci il tarixində saat 10:30-da Şirvan Şəhər Mədəniyyət Mərkəzinin qarşısında olmaları xahiş olunur.

Əlaqə telefonu: (012) 490 24 08 (dax.157), (050) 235 30 33

 

Əmlak Məsələləri Dövlət Komitəsi,

İctimaiyyətlə əlaqələr və protokol şöbəsi