Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış

Dövlət rüsumu haqqında

Azərbaycan Respublikasının Qanunundan Çıxarış

 

 

Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri[i]

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:

 

 

26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;

30 manat

26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi        

50 manat

26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması

20 manat

26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi

20 manat

 

26.4. İpotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi

10 manat

26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün

20 manat

26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə

10 manat

 

Maddə 27. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar[ii]

 

27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur. [iii]

27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.[iv]

27.4. Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur.[v]

[1] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 26.1-ci maddənin “şərti maliyyə vahidinin 10,0 misli” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə26.3-cü maddədə “şərti maliyyə vahidinin 8,0 misli” sözləri “9 manat” sözləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 26.4-cü “şərti vahidinin 4,0 misli” sözləri “5 manat” sözləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 26.5-ci maddənin “şərti maliyyə vahidinin 1,0 misli” sözləri “2 manat” sözləri ilə əvəz edilmişdir.

 

3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223) ilə yeni məzmunda 26.6-cı və 26.7-ci maddələr əlavə edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 26.6-cı “şərti vahidinin 4,0 misli” sözləri “5 manat” sözləri ilə əvəz edilmişdir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 26.7-ci maddənin “şərti maliyyə vahidinin 1,0 misli” sözləri “2 manat” sözləri ilə əvəz edilmişdir.

 

30 dekabr 2008-ci il tarixli 757-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 fevral 2009-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 56) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 26. Əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə və istifadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

26.1. Əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün.

11 manat

26.2. Torpağa mülkiyyət, icarə və istifadə hüququnun rəsmiləşdirilməsi üçün.

şərti maliyyə vahidinin 5,0 misli

26.3. Girovun dövlət qeydiyyatına alınması üçün.

9 manat

26.4. Tərəflərin biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə, girovun dövlət qeydiyyatına alınması üçün.

5 manat

26.5. Girovun əlavə qeydiyyata alınması üçün.

2 manat

26.6. İpoteka kağızının dövlət qeydiyyatı üçün

5 manat

26.7. İpoteka kağızının əlavə qeydiyyatı üçün

2 manat

 

 

[1] 30 dekabr 2008-ci il tarixli 757-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 fevral 2009-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 56) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə və istifadə hüququna dair sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar

 

[1] 22 noyabr 2013-cü il tarixli 826-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1485) ilə 27.2-ci maddədə “mülkiyyət şəhadətnaməsinin” sözləri “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” sözləri ilə əvəz edilmişdir.

 

[1] 20 aprel 2012-ci il tarixli 342-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 508) ilə 27.3-cü maddə əlavə edilmişdir.

 

[1] 22 noyabr 2013-cü il tarixli 826-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 dekabr 2013-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1485) ilə yeni məzmunda 27.4-cü maddə əlavə edilmişdir.

02 may 2014-cü il tarixli 956-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 01 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 605) ilə 27.4-cü maddəsində “qeydiyyata alınması barədə” sözlərindən sonra “çıxarışın verilməsi” sözləri əlavə edilmişdir və “çıxarışın verilməsi üçün” sözləri “çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün” sözləri ilə əvəz edilmişdir.