Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

  1. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). [1]
  2. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar” təsdiq edilsin (əlavə olunur).
  3. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
  4. Keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bazasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi yaradılsın.
  5. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
  6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və onun strukturuna daxil olan dövlət orqanlarının işçilərinin say həddi 726 ştat vahidi, o cümlədən Dövlət Komitəsi aparatı işçilərinin say həddi 260 ştat vahidi, ərazi şöbələrinin işçilərinin say həddi 315 ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 71 ştat vahidi müəyyən edilsin.
  7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

7.1. on gün müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və onun strukturuna daxil olan qurumların cari il üçün maliyyə təminatı ilə bağlı məsələlərini həll etsin;

7.2. bir ay müddətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təkliflərini nəzərə almaqla Komitənin tabeliyində olan qurumların fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.3. iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması və dövlət əmlakının idarə edilməsi, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.4. bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, Komitənin tabeliyində hüquqi şəxs statuslu Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzini, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzini təsis etsin və nizamnamələrini təsdiq etsin.
  2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində yaradılacaq Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin dövlət qeydiyyatına alınmasını təmin etsin.
  3. Qanunvericiliyə uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına tapşırılsın ki, onlarda olan kadastr məlumatlarını hər rüb Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsinlər.
  4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, daşınmaz əmlakın vahid kadastrının müvafiq məlumatlarını hər rüb qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına təqdim etsin.
  5. “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 718; 2006-cı il, № 1, maddə 11, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 11, maddə 970) 1-ci, 6-cı və 7-ci bəndləri və “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1008; 2006-cı il, № 2, maddə 88; 2007-ci il, № 6, maddə 606; 2008-ci il, № 11, maddə 970) qüvvədən düşmüş hesab edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2009-cu il.

№ 116

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında

 

Ə S A S N A M Ə

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

  1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması və Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
  2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
  3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
  6. Komitə Bakı şəhərində yerləşir.

 

  1. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

  1. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakını idarə edir və onun barəsində sərəncam verir, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədilə zəruri tədbirlər görür;

7.3. qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini həyata keçirir;

7.4. dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparır, dövlət əmlakının inventarlaşdırılmasını təşkil edir;

7.5. qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin edir, özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirməyə hazırlanması və sağlamlaşdırılması sahəsində tədbirlər görür;

7.6. qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək verir və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin edir;

7.7. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir;

7.8. daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir;

7.9. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasını və müvafiq texniki sənədlərin tərtib edilməsini, qanunvericiliyə uyğun olaraq torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin edir;

7.10. daşınmaz əmlakın, o cümlədən tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini təşkil edir;

7.11. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

 

  1. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, dövlət əmlakı barəsində sərəncam verilməsi, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının tərtib edilməsi və aparılması, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

8.2. dövlət əmlakının idarə edilməsinə dair dövlət proqramının, dövlət müəssisələrinin özəlləşdirmə qabağı sağlamlaşdırılması və özəlləşdirmədən sonra fəaliyyətinin dəstəklənməsinə dair dövlət proqramının, dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının, daşınmaz əmlakın dövlət reyestrinin və dövlət kadastrının aparılmasına dair dövlət proqramlarının layihələrini hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;

8.3. dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının fəaliyyətini əlaqələndirmək;

8.4. qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət əmlakının özəlləşdirilməsini həyata keçirmək və dövlət əmlakının alıcıları ilə bağlanmış alqı-satqı müqavilələrinin şərtlərinə riayət edilməsinə nəzarət etmək;

8.5. aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə səlahiyyətləri daxilində məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

8.6. öz səlahiyyətləri daxilində qiymətli kağızlar bazarının formalaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

8.7. öz səlahiyyətləri daxilində sosial sahələrin inkişafına dövlət köməyi mexanizmlərinin hazırlanmasında, mənzil-kommunal təsərrüfatında islahatların, infrastruktur layihələrinin istiqamətlərinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

8.8. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əmlakı barəsində sərəncam vermək, dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək, bu məqsədlə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparmaq;

8.9. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında əsas fondların təzələnməsi, yenidən qiymətləndirilməsi, amortizasiya normalarının hazırlanması ilə əlaqədar təkliflər vermək və onların tətbiq edilməsində iştirak etmək;

8.10. dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlət müəssisə və təşkilatları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək;

8.11. dövlət əmlakından istifadə olunması barədə aidiyyəti dövlət orqanları ilə birlikdə statistik hesabat formalarını hazırlamaq, əmlakın inventar siyahıları, habelə əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, bu sahədə müvafiq qanunvericiliyi pozan müəssisə və təşkilatların rəhbərliyinin hərəkətləri barədə məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək;

8.12. dövlət əmlakının registrinin aparılmasını təşkil etmək, bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, dövlət təşkilatlarından zəruri məlumatlar almaq, bu sahədə qanunvericiliyi pozan vəzifəli şəxsləri müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək;

8.13. tabeliyində olan qurum vasitəsilə daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri aparmaq və müvafiq texniki sənədləri tərtib etmək, habelə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış, bağ evləri və müəssisələr olan torpaq sahələri üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planını və ölçüsünü çəkmək;

8.14. daşınmaz əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək;

8.15. qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz dövlət əmlakını, o cümlədən dövlət müəssisələrinin istifadəsində və dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi torpaqları icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsinə dair razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;

8.16. dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət təşkilatlarının yerləşdirilməsi barədə təkliflər vermək;

8.17. dövlət əmlakının girov qoyulmasına razılıq vermək və bu barədə əqdlərin qeydiyyatını aparmaq, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) girov qoyulmasına razılıq vermək;

8.18. dövlət əmlakının satıcısı səlahiyyətlərini həyata keçirmək, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) satılmasına razılıq vermək;

8.19. öz səlahiyyətləri daxilində tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) müəyyən olunmuş qaydada balansdan balansa verilməsinə razılıq və silinməsinə dair rəy vermək;

8.20. qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı kimi çıxış etmək, dövlət təşkilatları tərəfindən dövlət müəssisələrinin (o cümlədən onların filial və nümayəndəliklərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmasına, yenidən təşkilinə, ləğv olunmasına və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərin yaradılmasında dövlət əmlakının pay şəklində qoyuluşuna razılıq vermək;

8.21. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyəti əsasında yaradılan və ya səhmləri (payları) dövlətə məxsus olan müəssisələrin idarə edilməsini təşkil etmək, öz səlahiyyətləri daxilində həmin müəssisələrin rəhbərlərini təyin etmək və ya təyin edilməsi ilə bağlı təqdimat vermək, onlarla əmək müqavilələri bağlamaq;

8.22. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisələrinin nizamnamələrini təsdiq etmək və nizamnamə kapitalında dövlətə məxsus payın (səhmlərin) miqdarı 20 faiz və ondan artıq olan hüquqi şəxslərin nizamnamələrinin təsdiq edilməsinə razılıq vermək;

8.23. birgə müəssisələrdə dövlətə məxsus payın (səhmlərin) miqdarının dəyişdirilməsinə razılıq vermək və öz səlahiyyətləri daxilində həmin paydan səmərəli istifadə edilməsinə nəzarəti həyata keçirmək;

8.24. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) saxlanılmasını və idarə olunmasını təmin etmək, onlardan səmərəli istifadəyə nəzarəti həyata keçirmək, o cümlədən idarəetmə məqsədilə payları (səhmləri) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və ya fiziki şəxslərə vermək;

8.25. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisələrinin, dövlət əmlakının (obyektlərinin) və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarəetməyə verilməsi barədə təkliflər vermək, bununla bağlı müsabiqələr təşkil etmək, müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;

8.26. dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan ödəniş qabiliyyəti olmayan müəssisələrin fəaliyyətini, maliyyə vəziyyətini təhlil edib rəy vermək, zəruri hallarda qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilən müəssisə və obyektlərin müflisləşmə prosedurunu həyata keçirmək;

8.27. qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunmuş dövlət müəssisələrinin əmlakının və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin dövlətə məxsus əmlakının satışını təşkil etmək;

8.28. dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi barədə təqdimat vermək və qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul olunmuş qərar əsasında əmlakın bələdiyyə mülkiyyətinə verilməsini həyata keçirmək;

8.29. Azərbaycan Respublikasının adından əmlakın alınmasını və satılmasını təşkil etmək;

8.30. dövlət əmlakı barəsində bağlanmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək;

8.31. dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq;

8.32. mülkiyyət hüquqlarının qorunması məqsədilə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında təmsil etmək;

8.33. öz səlahiyyətləri daxilində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, müvafiq inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.34. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrində və özəlləşdirmə prosesində olan müəssisələrdə rəqabətə davamlı malların istehsalı üçün lazımi tədbirlər həyata keçirmək, dövlət müəssisələrinin mövcud vəziyyətini, inkişaf meyillərini və özəlləşdirilməsi imkanlarını təhlil etmək və müvafiq təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

8.35. öz səlahiyyətləri daxilində dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək və özəlləşdirilməsini həyata keçirmək;

8.36. dövlət əmlakının özəlləşdirilməsi prosesini ictimai nəzarət və şəffaflıq prinsipləri əsasında həyata keçirmək;

8.37. öz səlahiyyətləri daxilində tabeliyində olan qurum vasitəsilə dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın və müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirmək;

8.38. öz səlahiyyətləri daxilində özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisələrinin restrukturizasiyasını və özəlləşdirmə qabağı sağlamlaşdırılması tədbirlərini həyata keçirmək;

8.39. özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət müəssisə və obyektlərinin əmlakının, birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının, habelə mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, qanunvericiliyə uyğun olaraq dövlət əmlakının ilkin (start) satış qiymətini müəyyən etmək, zəruri hallarda bu məqsədlə məsləhətçilər və müstəqil qiymətləndiricilər cəlb etmək;

8.40. özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qanunvericilik aktlarına uyğun olaraq qiymətləndirilməsini və satışını həyata keçirmək;

8.41. öz səlahiyyətləri daxilində dövlət müəssisə və təşkilatlarının tərkibindən onların hər hansı bölməsinin (bina, tikili, qurğu və digər əmlakın) çıxarılmasını və ayrıca özəlləşdirilməsini həyata keçirmək, habelə dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və dövlət təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürmək;

8.42. özəlləşdirilən müəssisə və obyektlərə, habelə ləğv olunan dövlət təşkilatlarına və müəssisələrinə məxsus olmuş sosial-mədəni, kommunal-məişət, mülki müdafiə, səfərbərlik təyinatlı obyektlərin və qanunvericiliklə özəlləşdirilməsi nəzərdə tutulmayan digər əmlakın aidiyyəti üzrə balansdan-balansa verilməsi barədə təkliflər vermək və qəbul olunmuş qərar əsasında əmlakın balansdan-balansa verilməsinə nəzarəti həyata keçirmək;

8.43. dövlət əmlakının özəlləşdirilməsinə dair alqı-satqı və girov müqavilələri bağlamaq, onların qeydiyyatını aparmaq və icrasını təmin etmək;

8.44. öz səlahiyyətləri daxilində dövlət müəssisə və obyektlərinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsini təşkil etmək, bu barədə müqavilələr bağlamaq və həmin müqavilələrin icrasına nəzarəti həyata keçirmək;

8.45. dövlət əmlakının özəlləşdirilməyə hazırlanması, qiymətləndirilməsi və satışı prosesinə maliyyə məsləhətçilərini cəlb etmək və onlarla müvafiq müqavilələr bağlamaq;

8.46. öz səlahiyyətləri daxilində dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar qəbul etmək və təsisçi qismində çıxış etmək, onların dövlət qeydiyyatına alınmasını və özəlləşdirilməsini təmin etmək, səhmdar cəmiyyətlərinin və nizamnamə kapitalında dövlətin payı olan birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin etmək;

8.47. dövlət əmlakının özəlləşdirilməsi prosesində təsis olunmuş və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinə məxsus daşınar və daşınmaz əmlakın satılmasına, icarəyə verilməsinə, digər qaydada özgəninkiləşdirilməsinə razılıq vermək;

8.48. səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakı icarəyə vermək, daşınar əmlakın icarəyə verilməsinə razılıq vermək və bu sahədə nəzarəti həyata keçirmək;

8.49. birgə müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsinə dair əqdlər bağlamaq və alıcılara həmin payın satılmasına dair şəhadətnamələr vermək;

8.50. dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin statistik və mühasibat hesabatlarını aparmaq, həmin vəsaitin dövlət büdcəsinə daxil olmasını təmin etmək;

8.51. dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş ayırmaları dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi, tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə istifadə etmək;

8.52. fəaliyyət istiqamətlərinə aid sahələrdə təsdiq edilmiş dövlət proqramlarının icrası barədə müəyyən olunmuş qaydada hesabat vermək;

8.53. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.54. özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri və onların özəlləşdirilməsi ilə bağlı məsələlərin icrası ilə əlaqədar beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etmək, onların, habelə xarici ölkələrin müvafiq qurumlarının keçirdiyi tədbirlərdə iştirak etmək;

8.55. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, habelə onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə xarici investisiyaların cəlb olunması strategiyasını müəyyənləşdirmək və həyata keçirmək;

8.56. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb edilməsi məqsədilə tədbirlər həyata keçirmək, bu məsələlərlə əlaqədar investisiya layihələrinin (proqramlarının) iqtisadi səmərəliliyi və məqsədəuyğunluğu barədə rəy vermək, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb edilməsi sahəsində bağlanılmış müqavilələrin icrası zamanı dövlət mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;

8.57. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatlar və xarici dövlətlər tərəfindən həmin müəssisələrə verilən kreditlərdən istifadə məqsədilə aidiyyəti nazirlik, komitə və təşkilatlar cəlb olunmaqla investisiya layihələrinin müsabiqələrini təşkil etmək;

8.58. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə verilən maliyyə və texniki yardımların əlaqələndirilməsində, həmin məsələlərlə əlaqədar verilmiş xarici kreditlərin (yardımların) məqsədli və səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək;

8.59. dövlət müəssisələrinin özəlləşdirmə qabağı və özəlləşdirilmiş müəssisələrin investisiya qoyuluşu imkanları haqqında məlumat bankı yaratmaq, potensial investorlar arasında həmin müəssisələrin imkanları ilə bağlı zəruri məlumatların yayılmasını təşkil etmək;

8.60. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələri üzrə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi sahəsində tədbirlər həyata keçirmək, dövlət əmlakının özəlləşdirilməsinin, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədilə xüsusi əhəmiyyət kəsb edən investisiya layihələrinin icrasını təmin etmək üçün müvafiq təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

8.61. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı investisiya qoyuluşuna dair təkliflərin ekspertizasını həyata keçirmək;

8.62. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiya qoyuluşu və onların özəlləşdirilməsi ilə bağlı xarici investorlarla danışıqlarda dövləti təmsil etmək, dövlət və özəlləşdirilmiş müəssisələrin investisiya qoyuluşu sahəsində qanuni mənafelərini müdafiə etmək;

8.63. Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotunu aparmaq, bu sahədə mövcud olan problemlərin aşkar edilməsini və onların aradan qaldırılmasını təmin etmək məqsədilə təhlil aparmaq və digər zəruri tədbirlər həyata keçirmək;

8.64. öz səlahiyyətləri daxilində özəlləşdirilmiş dövlət müəssisələrinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühitin yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və tədbirlər həyata keçirmək;

8.65. özəlləşdirilmiş müəssisələrin yeni mülkiyyətçiləri tərəfindən özəlləşdirmə barədə bağlanılmış əqdlərdə nəzərdə tutulmuş öhdəlik və şərtlərin, o cümlədən investisiya qoyuluşu (onun istiqamətləri, həcmi və müddətləri), sosial, iqtisadi və digər tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

8.66. öz səlahiyyətləri daxilində dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin dəstəklənməsi və investisiya qoyuluşunun səmərəliliyinin təmin olunması məqsədilə mütəmadi olaraq onların fəaliyyət göstəricilərini araşdırmaq və monitorinqini aparmaq;

8.67. öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunvericiliyə uyğunluğunu təhlil etmək və bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

8.68. öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisələrin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə onlara investisiya qoyuluşu, maliyyə, kredit, vergi, informasiya-metodiki, kadrların hazırlanması və digər sahələrdə kömək göstərilməsi üçün müvafiq təhlillər aparmaq, müasir texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq, innovasiya prosesinin sürətləndirilməsi tədbirlərinin həyata keçirilməsini təmin etmək;

8.69. öz səlahiyyətləri daxilində dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlət və özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq;

8.70. qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsi üzərində müvafiq hüquqlar dövlət reyestrində qeydiyyata alınmadan dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarını araşdırmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, o cümlədən belə hallar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək;

8.71. dövlət müəssisələrinin istifadəsində olan, habelə özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələrinin uçotu, hüdudlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi məqsədilə aparılan yerquruluşu işlərində dövlətin adından mülkiyyətçi qismində iştirak etmək, bu işlərin aparılması üçün müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.72. dövlətin payı olan hüquqi şəxslərdə dövlət büdcəsinə çatacaq dividendlərin hesablanmasını və verilməsini araşdırmaq, bu sahədə qanun pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

8.73. özəlləşdirmə prosesində əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunmasını təmin etmək;

8.74. öz səlahiyyətləri daxilində dövlət, özəlləşdirilən müəssisə və obyektlərin vergi və digər borclarının vaxtında ödənilməməsi səbəbindən yaranan borclarla əlaqədar ödəmənin əmlaka yönəldilməsinə razılıq vermək;

8.75. özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi məqsədilə öz səlahiyyətləri daxilində özəlləşdirilən müəssisə və obyektlərin dövlət müəssisələri ilə qarşılıqlı münasibətlərini tənzimləmək və onların fəaliyyətini əlaqələndirmək, dövlət ehtiyaclarının təmin edilməsi üçün özəlləşdirilən müəssisə və obyektlərə dövlət sifarişlərinin verilməsi işinin təşkilində iştirak etmək;

8.76. öz səlahiyyətləri daxilində dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə istehsalın səmərəliliyinin artırılması ilə bağlı dövlət müəssisələrinin uzunmüddətli inkişaf planlarını razılaşdırmaq, dövlət müəssisələrinin, habelə zəruri hallarda özəlləşdirilən müəssisə və obyektlərin perspektiv inkişaf və biznes planlarına dair rəy vermək, investisiya qoyuluşunun genişləndirilməsi ilə bağlı tövsiyələr vermək;

8.77. öz səlahiyyətləri daxilində dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramını, dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini və qeydiyyatının aparılmasını, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə, o cümlədən onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrə investisiyaların cəlb olunmasını, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin etmək, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı ilə bağlı metodiki və digər zəruri sənədləri hazırlayıb müvafiq qaydada təsdiq etmək;

8.78. öz səlahiyyətləri daxilində özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinin və onların özəlləşdirilməsi ilə bağlı həmin müəssisələrin investisiya fəaliyyəti sahəsində mövcud qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslər barədə müvafiq tədbirlər görmək;

8.79. dövlət əmlakından istifadə vəziyyətinin müəyyənləşdirilməsi, müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması üçün təhlillərin aparılması, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə və həmin müəssisələrin özəlləşdirilməsi ilə bağlı onlara investisiya qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi və özəlləşdirilən müəssisələrin fəaliyyətinin dəstəklənməsi sahəsində müvafiq tədbirlərin müəyyən edilməsi məqsədilə dövlət mülkiyyətində olan və özəlləşdirilən müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar təşkil etmək, zəruri hallarda araşdırmaların nəticələri barədə məlumatları aidiyyəti orqanlara təqdim etmək;

8.80. dövlət material ehtiyatlarının saxlanılması və istifadə olunmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;

8.81. dövlət mənzil fondu obyektlərini qanunvericilikdə müəyyən edilmiş şərtlərlə və qaydada xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək;

8.82. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağlarının, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;

8.83. strukturunda olan müvafiq qurumu vasitəsilə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

8.84. tabeliyində olan qurum vasitəsilə daşınmaz əmlakın vahid kadastrını tərtib etmək və aparmaq;

8.85. tabeliyində olan qurum vasitəsilə ünvan reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək;

8.85-1. ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək;[2]

8.86. ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələri qanunvericilikdə müəyyən edilmiş qaydada hazırlamaq və daşınmaz əmlak obyektlərində yerləşdirmək;

8.87. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın vahid kadastrının məlumatlarının verilməsini təmin etmək;

8.88. fəaliyyət istiqamətləri üzrə dövlət rüsumlarının məbləği və xidmət haqlarının tarifləri barədə aidiyyəti üzrə təkliflər vermək, müvafiq sahələrdə göstəricilərin ümumiləşdirilməsini təmin etmək, statistikasını aparmaq, məlumat bankını yaratmaq;

8.89. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.90. dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində ayrılan büdcə vəsaitindən, tabeliyində olan qurumların göstərdiyi xidmətlərə görə xidmət haqları üzrə daxilolmalardan, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilən dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsini təmin etmək;

8.91. öz fəaliyyəti ilə əlaqədar konfransların, seminarların, treninq kurslarının keçirilməsini təşkil etmək, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar təbliğat və təşviqat işləri aparmaq, əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.92. dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

8.93. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.94. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.95. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

  1. KOMİTƏNİN HÜQUQLARI

 

  1. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, bu sahəyə investisiyaların cəlb olunmasını, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını tənzimləyən qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2. dövlət müəssisələrinə qanunvericiliklə müəyyən edilmiş hallarda, onların fəaliyyətinin tənzimlənməsi üçün icrası məcburi olan göstərişlər vermək;

9.3. öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar (sənədlər) almaq;

9.4. dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.6. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;

9.7. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün xarici və yerli ekspertləri və məsləhətçiləri, məsləhətçi şirkətləri cəlb etmək, onlarla müqavilələr bağlamaq;

9.8. qanunvericiliyə uyğun olaraq öz səlahiyyətlərini həyata keçirmək məqsədilə müqavilələr bağlamaq, tabeliyində olan qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən istifadəni təmin etmək;

9.9. öz adından məhkəmələrdə iştirak etmək;

9.10. öz səlahiyyətlərinin icrası ilə bağlı müəyyən olunmuş qaydada tabeliyində hüquqi şəxs statuslu qurumlar yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

9.11. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

  1. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

  1. Komitənin aparatı və onun strukturuna daxil olan və tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
  2. Komitənin strukturu, Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

  1. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
  2. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
  3. Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Komitənin aparatının struktur bölmələrinin, onun ərazi (yerli) bölmələrinin, tabeliyində olan qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, Komitənin yanında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Hərracların Təşkili üzrə Dövlət Agentliyinin, həmçinin yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Komitənin aparatının işçilərini, Komitənin strukturuna daxil olan qurumların rəhbərlərini, onların struktur bölmələrinin rəhbərlərini, tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.5. özəlləşdirilmək məqsədilə Komitənin sərəncamına verilmiş qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.6. dövlət müəssisələrinin çevrilməsi nəticəsində təsis olunmuş səhmdar cəmiyyətlərinin idarə heyəti sədrlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir;

14.7. Komitənin strukturunda olan qurumların büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

14.8. öz səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbir görür;

14.9. Komitənin aparatının, tabeliyində olan qurumların fəaliyyətinə dair qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, habelə normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.10. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.11. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

  1. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.
  2. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
  3. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
  4. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
  5. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.
  6. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
  7. Komitənin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar

 

  1. AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN STRUKTURUNA DAXİL OLAN QURUMLAR

 

  1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aparatı;
  2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti;

2-1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti;

2-2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi; [3]

  1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi;
  2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri.

 

  1. AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN TABELİYİNDƏ OLAN QURUMLAR

 

  1. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi;[4]
  2. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi;
  3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər); [5]
  4. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi.
  5. Təlim-Tədris Mərkəzi. [6]

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında

 

Ə S A S N A M Ə

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

  1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.
  2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
  3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri vasitəsilə həyata keçirir.
  4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  6. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr, habelə tabeliyində olan yerli qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir.
  7. Xidmət Bakı şəhərində yerləşir.

 

  1. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

  1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

8.2. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. XİDMƏTİN VƏZİFƏLƏRİ

 

  1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir:

9.1. paralel olaraq kompyuterdən istifadə etmədən istənilən yazı üsulu ilə kağız (yazılı sənədlər) üzərində və kompyuterdən istifadə etməklə elektron daşıyıcıları (disk, disket və s.) üzərində məlumatları dövlət reyestrinə daxil etmək;

9.2. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək;

9.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq;

9.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək;

9.5. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək;

9.6. qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnu və eyni zamanda onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq;

9.7. qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək;

9.8. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;

9.9. pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədləri hüquqların dövlət qeydiyyatı üçün qəbul etməmək;

9.10. dövlət reyestrinə daxil edilən hər bir daşınmaz əmlak obyektinə Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən daşınmaz əmlakın dövlət reyestr nömrəsi vermək;

9.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək;

9.12. qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayışın verilməsindən imtina etmək;

9.13. hüquq sahibinin sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında digər şəxslərə verilən arayışlar barədə qanunla müəyyən edilmiş müddətdə hüquq sahibinə məlumat vermək;

9.14. dövlət reyestrini, ərizə jurnalını və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqları daimi saxlamaq;

9.15. qanunla müəyyən edilmiş müddətdə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;

9.16. qanunla müəyyən edilmiş hallarda məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını ləğv etmək;

9.17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri bu Qanuna uyğun olaraq dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək;

9.18. daşınmaz əmlakın ipotekası barəsində verilən qiymətli kağızlar haqqında məlumatları dövlət reyestrinə daxil etmək;

9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;

9.20. daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək;

9.21. ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etdikləri məlumatları daşınmaz əmlakın vahid kadastrına daxil edilməsində iştirak etmək;

9.22. daşınmaz əmlakın vahid kadastrının məlumatlarını sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə verilməsində iştirak etmək;

9.23. üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış, bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin planının və ölçüsünün çəkilməsini təmin etmək;

9.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək;

9.25. inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək;

9.26. qanunla müəyyən edilmiş hallarda və qaydada tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin (dövlət müəssisə və obyektləri istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi ilə bağlı tədbirlər görmək;

9.27. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək;

9.28. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada daşınmaz əmlakın inventar və bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək;

9.29. dövlət rüsumlarının və fəaliyyət istiqamətləri üzrə tabeliyində olan yerli qurumların göstərdiyi xidmətlərə görə xidmət haqlarından daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək, göstərilən xidmətlər müqabilində alınan xidmət haqlarından Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş qaydada istifadə etmək;

9.30. öz səlahiyyətləri daxilində aşkar olunan qanun pozuntuları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin etmək;

9.31. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təklif vermək;

9.32. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;

9.33. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

  1. XİDMƏTİN HÜQUQLARI

 

  1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. öz səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

10.2. öz səlahiyyətlərinə aid olan məsələlər barəsində qanunvericilik aktlarının layihəsini hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

10.3. qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

10.4. fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqları almaq və bu sahədən daxil olan vəsaitlərdən müəyyən edilmiş qaydada istifadə etmək;

10.5. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlərə dair metodik materialların və tövsiyələrin layihələrini hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

10.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.7. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

10.8. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

  1. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

  1. Xidmətin tərkibinə onun aparatı və tabeliyində olan yerli qurumları daxildir.
  2. Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.
  3. Rəis bu Əsasnamə ilə Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
  4. Xidmətin rəisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.
  5. Xidmətin rəisi:

15.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və tabeliyində olan yerli qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;

15.3. Xidmətin rəis müavinləri, Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri və Xidmətin tabeliyində olan yerli qurumlarının rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

15.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

15.5. Xidmətin aparatının və yerli qurumlarının işçiləri tərəfindən aparılan tədbirlərə müvafiq qaydada nəzarət edir;

15.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

15.7. tabeliyində olan yerli qurumlara icrası məcburi olan əmr və göstərişlər verir;

15.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

15.9. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;

15.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında

 

Ə S A S N A M Ə

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

  1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi (bundan sonra – Mərkəz) özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını və bununla bağlı digər tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır.
  2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
  3. Mərkəz bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  5. Mərkəzin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
  6. Mərkəz Bakı şəhərində yerləşir.

 

  1. MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

  1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir;

7.2. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. MƏRKƏZİN VƏZİFƏLƏRİ

 

  1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışı ilə bağlı normativ tənzimləmənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;

8.2. özəlləşdirilən müəssisə və obyektlər, habelə səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri barəsində fiziki və hüquqi şəxslərə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;

8.3. qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış çek hərraclarında iştirak etmək üçün verilən sifarişləri qəbul etmək, alıcıların bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək;

8.4. fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin müəyyən edilmiş qaydada və müddətdə hərrac komissiyasına çatdırılmasını təmin etmək;

8.5. özəlləşdirmə prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunmasına nəzarət etmək, habelə səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətlərinin əmək kollektivi üzvlərinə güzəştli satışı zamanı bərabər, sağlam rəqabət mühitini, aşkarlıq şəraitini, ictimai nəzarəti, sosial ədalət, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğunluğu təmin etmək;

8.6. hərracların, habelə səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarını rəsmiləşdirmək məqsədilə müvafiq sənədləri aidiyyəti üzrə təqdim etmək;

8.7. hərracların yekunları ilə bağlı, o cümlədən hərraclarda səhmlərin (payların) əmək kollektivinə güzəştli satışının yekunlarına dair fiziki və hüquqi şəxslərə, əmək kollektivi üzvlərinə, habelə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və müvafiq dövlət orqanlarına məlumat və bildirişlər vermək;

8.8. hərraclara, o cümlədən səhmlərin (payların) əmək kollektivinə güzəştli satışına dair bütün məlumatların elektron və kağız şəklində saxlanılmasını təmin etmək;

8.9. sifarişləri ödənilməyən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş özəlləşdirmə çeklərinin və pulların geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq təqdimatlar vermək;

8.10. dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;

8.11. müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclar vasitəsilə alıcılara bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq satışını təşkil etmək;

8.12. qanunvericiliyə uyğun olaraq hərrac haqqında və hərracın nəticələri barədə məlumatın “Mülkiyyət” qəzetində dərc olunması və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin internet saytında yerləşdirilməsi üçün aidiyyəti üzrə təqdim etmək;

8.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

  1. MƏRKƏZİN HÜQUQLARI

 

  1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının icrası barədə müəyyən olunmuş qaydada hesabatın hazırlanmasında iştirak etmək;

9.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilən qaydada dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.3. fəaliyyət istiqamətlərinə uyрun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təkliflər vermək;

9.4. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.5. qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

  1. MƏRKƏZİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

  1. Mərkəzin strukturuna onun aparatı və zona bölmələri daxildir.
  2. Mərkəzə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
  3. Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
  4. Mərkəzin direktorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.
  5. Mərkəzin direktoru:

14.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;

14.3. Mərkəzin direktor müavinləri və Mərkəzin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Mərkəzin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.4. Mərkəzin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

14.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

14.6. bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi təmsil edir;

14.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;

14.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

  1. Mərkəzin direktorunun, direktor müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və xidmətlərinin rəhbərlərinin, rəhbər müavinlərinin və işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 25 fevral 2014-cü il tarixli 117 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 fevral 2014-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 124)
  2. 04 may 2015-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2015-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 522)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

[1] 04 may 2015-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2015-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 522) ilə 1-ci, 3-cü, 5-ci, 6-cı hissələri ləğv edilmişdir.

 

[2] 25 fevral 2014-cü il tarixli 117 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 fevral 2014-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 124) ilə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 8.85-1-ci bənd əlavə edilmişdir.

 

[3] 04 may 2015-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2015-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 522) ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar”ının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar hissəsinə yeni məzmunda 2-1-ci və 2-2-ci bəndlər əlavə edilmişdir.

 

[4] 04 may 2015-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2015-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 522) ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar”ının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar hissəsinin 1-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

  1. Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi;

 

[5] 04 may 2015-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2015-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 522) ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar”ının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar hissəsinin 3-cü bənddə “ərazi idarələri” sözlərindən sonra “(ixtisaslaşdırılmış hüquqi şəxslər)” sözləri əlavə edilmişdir.

 

[6] 04 may 2015-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2015-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 522) ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar”ının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar hissəsinin yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.