Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat

 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında   Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair  

HESABAT

          Hesabat dövründə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin struktur bölmələri tərəfindən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmiş, hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və müvafiq texniki sənədlər tərtib edilmiş, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsi və göstərilən xidmətlərdən yığılan vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət təmin edilmişdir.

          2017-ci il ərzində ölkə üzrə 196931 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, bu göstəricinin 59143-ü (30.0 faizi) ilkin, 137788-i (70.0 faizi) isə təkrar qeydiyyata aid olmuşdur. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 37714-ü fərdi yaşayış və bağ evi, 52085-i mənzil, 98764-ü torpaq sahəsi, 3625-i qeyri-yaşayış binası, 3664-ü qeyri-yaşayış sahəsi, 770-i əmlak kompleksi, 146-sı çoxmərtəbəli yaşayış binası, 163-ü isə çoxillik əkmələr təşkil etmişdir.

          2017-ci il ərzində ölkə üzrə aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının statistikasının ötən ilin eyni dövrü ərzində aparılmış qeydiyyatın statistikası ilə müqayisəsi zamanı ümumi göstəricinin 14.5 faiz artaraq 114.5 faiz təşkil etdiyi müəyyən olunmuşdur. Bu göstəricinin Xidmətin 18 ərazi idarəsi üzrə artma və azalma faiz göstəriciləri aşağıdakı kimidir: Artma 36.2 faiz olmaqla 5 saylı Ərazi İdarəsində, 35.8 faiz olmaqla 18 saylı Ərazi İdarəsində, 24.3 faiz olmaqla 15 saylı Ərazi İdarəsində, 23.5 faiz olmaqla 12 saylı Ərazi İdarəsində, 22.0 faiz olmaqla 14 saylı Ərazi İdarəsində, 18.9 faiz olmaqla 11 saylı Ərazi İdarəsində, 18.4 faiz olmaqla 9 saylı Ərazi İdarəsində, 18.3 faiz olmaqla Bakı şəhər Ərazi İdarəsində, 10.8 faiz olmaqla 6 saylı Ərazi İdarəsində, 10.0 faiz olmaqla 8 saylı Ərazi İdarəsində, 8.1 faiz olmaqla 10 saylı Ərazi İdarəsində, 7.4 faiz olmaqla 17 saylı Ərazi İdarəsində, 6.4 faiz olmaqla 16 saylı Ərazi İdarəsində, 5.9 faiz olmaqla 7 saylı Ərazi İdarəsində, 3.0 faiz olmaqla 2 saylı Ərazi İdarəsində, 0.3 faiz olmaqla 3 saylı Ərazi İdarəsində, 0.2 faiz olmaqla 13 saylı Ərazi İdarəsində, azalma isə 1.3 faiz olmaqla yalnız 4 saylı Ərazi İdarəsində müşahidə edilmişdir.

          2017-ci il ərzində ölkə üzrə aparılan ilkin qeydiyyat, ümumi qeydiyyatın 30.0 faizini təşkil etmişdir. Aparılan ilkin qeydiyyatın statistikasının ötən ilin eyni dövrü ərzində aparılmış ilkin qeydiyyatın statistikası ilə müqayisəsi zamanı 18.5 faiz artaraq 118.5 faiz təşkil etdiyi müəyyən olunmuşdur. Bu göstəricinin Xidmətin 18 ərazi idarəsi üzrə artma və azalma faiz göstəriciləri aşağıdakı kimidir: Artma 39.4 faiz olmaqla Bakı şəhər Ərazi İdarəsində, 33.2 faiz olmaqla 18 saylı Ərazi İdarəsində, 23.8 faiz olmaqla 6 saylı Ərazi İdarəsində, 20.4 faiz olmaqla 7 saylı Ərazi İdarəsində, 18.0 faiz olmaqla 12 saylı Ərazi İdarəsində, 14.1 faiz olmaqla 8 saylı Ərazi İdarəsində, 13.3 faiz olmaqla 16 saylı Ərazi İdarəsində, 12.9 faiz olmaqla 9 saylı Ərazi İdarəsində, 11.7 faiz olmaqla 5 saylı Ərazi İdarəsində, 11.7 faiz olmaqla 11 saylı Ərazi İdarəsində, 10.3 faiz olmaqla 15 saylı Ərazi İdarəsində, 5.9 faiz olmaqla 4 saylı Ərazi İdarəsində, 1.6 faiz olmaqla 14 saylı Ərazi İdarəsində, 1.4 faiz olmaqla 2 saylı Ərazi İdarəsində, 0.6 faiz olmaqla 3 saylı Ərazi İdarəsində, 0.1 faiz olmaqla 10 saylı Ərazi İdarəsində, azalma isə 4.8 faiz olmaqla 13 saylı Ərazi İdarəsində və 1.8 faiz olmaqla 17 saylı Ərazi İdarəsində müşahidə edilmişdir.

          2017-ci il ərzində 169323 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmiş, 38533 ipoteka müqaviləsi, 3573 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmış, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 156976 məhdudiyyət arayışı (ondan 118151-i və ya 75.3 faizi Notariuslar tərəfindən edilmiş müraciətlərə aiddir), əhaliyə xidmətlə bağlı 46717 digər müxtəlif məzmunlu arayışlar verilmişdir.

          2017-ci ilin statistik göstəricilərinin 2016-cı ilin göstəriciləri ilə müqayisəsi aparılan zaman, üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış daşınmaz əmlakların ümumi sayında 14.5 faiz, inventarlaşdırma işləri üçün tərtib edilmiş texniki pasportların sayında 18.3 faiz, məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların sayında 21.5 faiz, əhaliyə xidmətlə bağlı müxtəlif arayışların sayında 15.2 faiz, ipotekanın qeydiyyatında 7.8 faiz artma, yüklülüyün (icarə istifadə) qeydiyyatında isə 49.9 faiz azalma müşahidə edilmişdir.

          2017-ci il ərzində Xidmətin 18 ərazi idarəsi üzrə ümumilikdə tərtib edilmiş texniki pasportların statistikasının ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı bu göstəricinin 18.3 faiz artaraq 118.3 faiz təşkil etdiyi müəyyən olunmuşdur. Bu göstəricinin Xidmətin 18 ərazi idarəsi üzrə artma və azalma faiz göstəriciləri aşağıdakı kimidir: Artma 45.5 faiz olmaqla 8 saylı Ərazi İdarəsində, 41.4 faiz olmaqla 18 saylı Ərazi İdarəsində, 39.1 faiz olmaqla 5 saylı Ərazi İdarəsində, 32.3 faiz olmaqla 7 saylı Ərazi İdarəsində, 30.5 faiz olmaqla 12 saylı Ərazi İdarəsində, 28.8 faiz olmaqla 15 saylı Ərazi İdarəsində, 27.5 faiz olmaqla 9 saylı Ərazi İdarəsində, 24.8 faiz olmaqla 14 saylı Ərazi İdarəsində, 22.2 faiz olmaqla 11 saylı Ərazi İdarəsində, 17.9 faiz olmaqla Bakı şəhər Ərazi İdarəsində, 16.7 faiz olmaqla 16 saylı Ərazi İdarəsində, 16.5 faiz olmaqla 6 saylı Ərazi İdarəsində, 14.6 faiz olmaqla 3 saylı Ərazi İdarəsində, 8.6 faiz olmaqla 17 saylı Ərazi İdarəsində, 4.2 faiz olmaqla 10 saylı Ərazi İdarəsində, 2.5 faiz olmaqla 2 saylı Ərazi İdarəsində, azalma isə 3.0 faiz olmaqla 4 saylı Ərazi İdarəsində və 0.9 faiz olmaqla 13 saylı Ərazi İdarəsində müşahidə edilmişdir.

          Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 21.5 faiz artımın olduğu müşahidə olunmuşdur. Bu göstəricinin, Xidmətin 18 ərazi idarəsi üzrə artma-azalma faiz göstəriciləri aşağıdakı kimidir: Artma 39.5 faiz olmaqla 2 saylı Ərazi İdarəsində, 35.6 faiz olmaqla 14 saylı Ərazi İdarəsində, 32.1 faiz olmaqla 4 saylı Ərazi İdarəsində, 31.6 faiz olmaqla 18 saylı Ərazi İdarəsində, 30.9 faiz olmaqla 5 saylı Ərazi İdarəsində, 26.5 faiz olmaqla 7 saylı Ərazi İdarəsində, 21.1 faiz olmaqla 12 saylı Ərazi İdarəsində, 20.8 faiz olmaqla Bakı şəhər Ərazi İdarəsində, 19.9 faiz olmaqla 16 saylı Ərazi İdarəsində, 17.5 faiz olmaqla 15 saylı Ərazi İdarəsində, 17.5 faiz olmaqla 17 saylı Ərazi İdarəsində, 15.8 faiz olmaqla 6 saylı Ərazi İdarəsində, 14.0 faiz olmaqla 11 saylı Ərazi İdarəsində, 11.6 faiz olmaqla 8 saylı Ərazi İdarəsində, 10.4 faiz olmaqla 9 saylı Ərazi İdarəsində, 9.4 faiz olmaqla 10 saylı Ərazi İdarəsində, 8.6 faiz olmaqla 3 saylı Ərazi İdarəsində, azalma isə 0.5 faiz olmaqla isə 13 saylı Ərazi İdarəsində müşahidə edilmişdir.

          2017-ci il ərzində üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 65787-si (33.4 faiz), tərtib edilmiş texniki pasportlardan 48269-u (28.5 faiz), dövlət qeydiyyatına alınmış ipoteka müqavilələrindən 19776-sı (51.3 faiz), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 56160-ı (35.8 faizi), əhaliyə xidmətlə bağlı arayışlardan 20306-sı (43.5 faizi) Bakı şəhər Ərazi İdarəsi üzrə olmuşdur.

          2017-ci il ərzində ölkə üzrə 14893 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 36.9 faiz artaraq 136.9 faiz təşkil etmişdir. Özəlləşdirmə başlayandan 01 yanvar 2018-ci il tarixinədək ölkə üzrə 543585 mənzil özəlləşdirilmişdir.

          Xidmətin ərazi idarələrində fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 81901 müraciət qəbul olunmuşdur ki, bu da ötən ilin eyni adlı göstəricisi ilə müqayisədə 114.1 faiz təşkil etmişdir. Mobil ofislərin fəaliyyətə başladığı gündən, yəni 2014-cü ilin aprel ayından etibarən 2017-ci ilin sonunadək ümumilikdə 239961 vətəndaş müraciəti icraata qəbul olunmuşdur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə hüquq sahibləri tərəfindən hesabat ayında 26055 elektron müraciət daxil olmuş, bunun 25150-si icra olunmuş, 840 işin icrasından imtina edilmişdir.

 

 

          2017-ci ilin üzrə Xidmətin ərazi idarələrinin gəliri 18990.0 min manat plan proqnoza qarşı faktiki olaraq 26206.8 min manat təşkil etmiş, proqnoz tapşırıqlar 138.0 faiz yerinə yetirilmişdir.

          Hesabat dövründə proqnoz tapşırıqlarının yerinə yetirilməsi sahəsində 5 saylı Ərazi idarəsində 157.9 faiz, Bakı Şəhər Ərazi idarəsində 157.3 faiz, 6 saylı Ərazi İdarəsində 144.6 faiz, 16 saylı Ərazi İdarəsində 141.6 faiz, 4 saylı Ərazi İdarəsində 141.3 faiz, 13 saylı Ərazi İdarəsində 140.7 faiz, 7 saylı Ərazi İdarəsində 138.7 faiz, 12 saylı Ərazi İdarəsində 133.1 faiz, 11 saylı Ərazi İdarəsində 132.7 faiz, 8 saylı Ərazi İdarəsində 131.5 faiz, 14 saylı Ərazi İdarəsində 128.9 faiz, 15 saylı Ərazi İdarəsində 128.2 faiz, 18 saylı Ərazi idarəsində 126.8 faiz, 9 saylı Ərazi İdarəsində 110.1 faiz, 17 saylı Ərazi İdarəsində 111.0 faiz, 10 saylı Ərazi İdarəsində 108.9 faiz, 2 saylı Ərazi İdarəsində 106.5 faiz və 3 saylı Ərazi idarəsində 105.3 faiz qeydə alınmışdır.

          Cari il üzrə Xidmətin ərazi idarələrinin gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 137.6 faiz təşkil etmiş, yəni 7162.3 min manatlıq çox xidmət göstərilmişdir.

          Bu göstərici üzrə Xidmətin Bakı Şəhər Ərazi idarəsində 3465.6 min manat, 4 saylı Ərazi İdarəsində 902.8 min manat, 5 saylı Ərazi İdarəsində 600.5 min manat, 13 saylı Ərazi İdarəsində 236.6 min manat, 6 saylı Ərazi İdarəsində 235.6 min manat, 16 saylı Ərazi İdarəsində 234.6 min manat, 8 saylı Ərazi İdarəsində 187.9 min manat, 7 saylı Ərazi İdarəsində 176.3 min manat, 3 saylı Ərazi İdarəsində 172.6 min manat, 12 saylı Ərazi İdarəsində 171.6 min manat, 11 saylı Ərazi İdarəsində 162.5 min manat, 9 saylı Ərazi İdarəsində 140.2 min manat, 14 saylı Ərazi İdarəsində 120.5 min manat, 15 saylı Ərazi İdarəsində 119.2 min manat, 18 saylı Ərazi İdarəsində 101.0 min manat, 2 saylı Ərazi İdarəsində 77.6 min manat, 17 saylı Ərazi İdarəsində 54.7 min manat və 10 saylı Ərazi İdarəsində 2.6 min manat çox gəlir olmuşdur.

          Xidmətin ərazi idarələrində 2017-ci il ərzində dövlət rüsumu üzrə 12000.0 min manatlıq plan proqnoza qarşı 12831.8 min manat təşkil etmiş, proqnoz tapşırıq 106.9 faiz yerinə yetirilmişdir.

Hesabat dövründə planın yerinə yetirilməsi üzrə 5 saylı Ərazi İdarəsində 160.8 faiz, 15 saylı Ərazi İdarəsində 142.2 faiz, 8 saylı Ərazi İdarəsində 138.0 faiz, 18 saylı Ərazi İdarəsində 137.1 faiz, 11 saylı Ərazi İdarəsində 136.7 faiz, 12 saylı Ərazi İdarəsində 135.6 faiz, 7 saylı Ərazi İdarəsində 121.4 faiz, 9 saylı Ərazi İdarəsində 121.2 faiz, 10 saylı Ərazi İdarəsində 117.8 faiz, 17 saylı Ərazi İdarəsində 108.0 faiz, 6 saylı Ərazi İdarəsində 103.4 faiz, 14 saylı Ərazi İdarəsində 102.9 faiz, 13 saylı Ərazi İdarəsində 100.8 faiz, Bakı Şəhər Ərazi İdarəsində 99.7 faiz, 16 saylı Ərazi İdarəsində 98.2 faiz, 3 saylı Ərazi idarəsində 85.4 faiz, 2 saylı Ərazi idarəsində 77.5 faiz və 4 saylı Ərazi İdarəsində 72.6 faiz olmuşdur.

          2017-ci il üzrə ödənilən dövlət rüsumunun məbləği 2016-cı ilə nisbətən 1892.6 min manat çoxdur.

          “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1381-IVQD nömrəli Qanununa uyğun olaraq 2017-ci il ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin xidmətlərinə və hüquqi hərəkətlərinə görə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun 20 faizi, 2633.6 min manat vəsait açılmış və müvafiq olaraq 2633.6 min manat xərclənmişdir.

          Xidmətin mərkəzi aparatı üçün 2017-ci il üzrə xərclər smetasına əsasən 1026.5 min manat vəsait açılmış və həmin dövr ərzində 942.2 min manat vəsait xərclənmişdir. Dekabr ayı üzrə 18.2 min manat vəsait açılmış və müvafiq olaraq 113.8 min manat xərclənmişdir.

 

          Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən dövlət müəssisə və təşkilatlarının əmlakının və istifadəsində olan torpaq sahələrinə 364 texniki pasport və 2759 ədəd plan-cizginin tərtib olunması təmin edilmiş, bələdiyyə ərazilərində yerləşən dövlət torpaqlarına 5604 plan-cizgi hazırlanmışdır.  

          Xidmətin ərazi idarələri tərəfindən bələdiyyə ərazilərində yerləşən, dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlətə məxsus torpaq sahələrinin işlənmiş plan-cizgiləri mütəmadi olaraq elektron kadastr bazasına daxil edilməsi  üçün DƏKÜRX-nə təqdim olunur.

          01.01.2018-ci il tarixə olan dövr ərzində Məlumat bankına 59559 daşınmaz əmlak barədə məlumatlar daxil edilmişdir.

          Ərazi idarələri üzrə arxivlərdə 01.01.2018-cı il tarixə mövcud olan 2131821 ədəd saxlanma vahidindən 2117563 ədədi, yəni 99,3 faizi yeni qovluqlarda yığılmışdır.  Hüquqları dövlət qeydiyyatına alınmış 1721854 inventar işindən 1719472 ədədi, yəni 99.9 faizi skanlaşdırılaraq elektron məlumat bazasına daxil edilmişdir.

          Ləğv edilmiş DTXK-nin rayon şöbələrindən qəbul edilmiş 2044063 arxiv sənədindən 2044063 ədədi, yəni 100.0 faizi çeşidlənmişdir. Çeşidlənmiş sənədlərin skanlaşdırılması başa çatmışdır.  

          01.01.2018-ci il tarixə olan dövr ərzində daşınmaz əmlakın fərdi qiymətləndirilməsi ilə əlaqədar müxtəlif orqanlardan (əsasən məhkəmələrdən) daxil olmuş 338 işdən 123 qiymətləndirmə işi icra edilmişdir, 189 işə imtina verilmiş, 26 iş isə hazırda icradadır.

          Bundan əlavə 2017-cı il ərzində ərazi idarələri tərəfindən bazar qiymətlərinin müəyyən edilməsi üçün fiziki və hüquqi şəxslərlə 111173 müqavilə bağlanmış, bunlardan 107452 müqavilə icra olunaraq bazar qiyməti barədə arayışlar verilmişdir.

          2017-ci ildə Xidmətə və onun ərazi idarələrinə  ümumilikdə 204163 sənəd daxil olmuşdur. Həmin sənədlərdən 4715-i  Komitədən Xidmətə, 17035-i Xidmətə birbaşa, 182413-ü isə ərazi idarələrinə birbaşa daxil olan müraciətlərdir. Bu müddətdə Komitədən Xidmətə göndərilmiş 4715 sənəddən 1398-i müxtəlif dövlət orqanlarından və digər qurumlardan ünvanlanmış məktublar, 3317-si vətəndaşlardan daxil olan ərizə və şikayətlərdir. 3317 vətəndaş müraciətindən 1645-i şikayət, 1672-si  ərizə xarakterli olmuşdur.

          Xidmətə birbaşa daxil olmuş 17035 sənəddən 16164-ü dövlət orqanlarından və digər qurumlardan daxil olan məktublar, 871-i isə vətəndaş müraciətləridir. 2017-ci ildə bilavasitə Xidmətə ünvanlanmış 871 vətəndaş müraciətindən 303-ü şikayət, 568-i ərizə olmuşdur. Bu müraciətlərdən 96-sı nəzarətə alınmaqla icra olunub.

          Daxil olan 871 vətəndaş müraciətindən 498-i reyestrdən çıxarışın və digər sənədlərin verilməsi, 10-nu texniki pasportun hazırlanması, 5-i bağ sahəsi üzərində hüquqların qeydiyyatı, 106-sı mübahisəli əmlak, qanunsuz zəbtolunma, 2-si etik davranış qaydalarının pozulması, 13-ü məhkəmə qətnamələrinin icra edilməməsi, 18-i dövlət reyestrindən məhdudiyyət və digər arayışların verilməsi, 19-u torpaq sahələrinin koordinatlarının və ya sərhədlərinin müəyyən edilməsi, 12-si plan və ölçü sənədinin verilməsi, 7-si dövlət rüsumu və xidmət haqqının hesablanması, 1-i torpaq islahatı aparılarkən əhaliyə düşən pay torpaqları ilə bağlı, 1-i kompensasiyanın verilməsi, 1-i özəlləşdirilmə prosesində ə/kol. hüquqlarının pozulması, 178-i digər sahələrlə bağlı olub. 871 vətəndaş müraciətindən 54-ü müsbət həll olunub, 770-nə müvafiq izahat verilib, 11-i baxılmamış saxlanılıb, 14-ü baxılması üçün aidiyyəti təşkilatlara göndərilib,6-sı əsassız sayılıb, 16-sı icradadır.

          2017-ci il üzrə elektron poçt vasitəsilə daxil olan 391 onlayn müraciətə operativ qaydada baxılmış və aidiyyəti üzrə cavablandırılmışdır.

          Ərazi idarələrinə birbaşa daxil olmuş 182413 sənəddən 116914-ü dövlət orqanlarından və digər qurumlardan daxil olan məktublar, 65499-u isə vətəndaşlardan daxil olmuş müraciətlərdir. 65499 vətəndaş müraciətindən 65468-i ərizə, 31-i  isə şikayətdir.

          Bu dövr ərzində ərazi idarələrinin fəaliyyəti ilə əlaqədar 1731 şikayət qeydə alınmışdır ki, bunların da 1003-ü təkrar müraciətlərdir. Bu rəqəm ötən illə müqayisədə 515 ədəd (23%) azalmışdır.

          Xidmət tərəfindən 2017-ci il üzrə 7795 ünvana məktub hazırlanmış, onlardan     7057-si birbaşa Xidmət tərəfindən, 738-i isə Komitə tərəfindən göndərilmişdir. Yerli ərazi idarələri və struktur daxilindəki yazışmaların sayı 2880 ədəd təşkil etmişdir.

          Xidmət üzrə hesabat dövründə 1206 əmr ( 30 inzibati əmr, 61 ezamiyyə, 231 kadr, 760 məzuniyyət, 98 intizam tənbehi ilə bağlı əmr) və 26  göstəriş imzalanmışdır.

          Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, komitə sədri tərəfindən 2017-ci il ərzində respublikanın şəhər və rayonlarını əhatə etməklə Goranboy, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Füzuli Şəmkir, Şabran, Salyan, Şirvan, Sumqayıt və Ağcabədi şəhərləri mərkəz olmaqla vətəndaşların səyyar qəbulu keçirilmişdir. Qəbul zamanı Xidmətin fəaliyyət sahələri üzrə 62 vətəndaşın ərizəsinə baxılmış və müraciətlərin həll edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

          Xidmətin aparatında xidmət rəisi, müavinləri və struktur bölmələrinin rəhbərləri tərəfindən 937 vətəndaş qəbul edilmiş, onlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

          2017-ci il ərzində Xidmətin ərazi idarələrinin cəlb olunduğu məhkəmə işlərinin sayı 7214 olmuşdur. Məhkəmə işlərinin 4203-də Xidmətin ərazi idarələri cavabdeh, 30-da iddiaçı, 2981-də üçüncü (maraqlı) şəxs qismində çıxış etmişdir.

          Məhkəmə işlərinin 2803-ü mülkiyyət hüququnun tanınması, 305-i vərəsəliyə əsasən hüquqların tanınması, 24-i digər əşya hüquqlarının (ipoteka və s.) tanınması, 1809-u hüquqların dövlət qeydiyyatının ləğvi, 76-ı vəzifəli şəxslərin hərəkətindən (hərəkətsizliyindən) şikayət, 2197-i digər məzmunlu işlərlə bağlı olmuşdur.

          Mahiyyəti üzrə qərar qəbul edilmiş işlərin sayı 3271 və Xidmətin ərazi idarələrinə qarşı 2035 iddia təmin olunmuşdur. Bunlardan Xidmətin ərazi idarələrinin cavabdeh olduğu işlər üzrə təmin edilmiş iddiaların sayı 861 təşkil etmişdir. Daha 650 iş üzrə icraat dayandırılmış, xitam verilmiş, baxılmamış saxlanılmış və ya iddia mümkün sayılmamışdır.

          Xidmətin ərazi idarələri tərəfindən 591 apellyasiya, 270 kassasiya şikayəti verilmiş və  2091 məhkəmə qərarı icra edilmişdir.

           Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 12.01.2017-ci il tarixli 06 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2017-ci il üçün normativ hüquqi aktların layihələrinin hazırlanması Planı”na uyğun olaraq bir sıra normativ hüquqi aktların layihələri hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına, rəsmiləşdirilməsi məqsədi ilə yuxarı orqana təqdim edilmişdir:

           Hesabat ilində aşağıdakı normativ hüquqi aktların layihələri hazırlanmışdır:

  1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi;
  2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Daşınmaz əmlaka dair Texniki pasport”un Təsviri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi;
  3. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi;
  4. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti”nintəsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;
  5. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;
  6. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi;
  7. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;
  8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi;
  9. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi;
  10. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi;
  11. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi;
  12. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi;
  13. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi.

         

           2017-ci il ərzində hazırlanmış aşağıdakı normativ hüquqi aktlar təsdiq edilmişdir:

  1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 25.04.2017-ci il tarixli 641-VQD nömrəli Qanunu.

    Hüquq sahibi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın elektron üsulla əldə etməsi imkanının təmin edilməsi, habelə hüquqların dövlət qeydiyyatı üçün ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi barədə müddəalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əlavə edilmişdir;

  1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16.03.2017-ci il tarixli 1293 nömrəli Fərmanı.

           Fərman yüklü edilən daşınmaz əmlaka dair əlavə məlumatların çıxarışda əks olunmasını nəzərdə tutur;

  1. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli 1236 nömrəli Fərmanı.

          Fərmana əsasən fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar sənədlər Siyahısına əlavə edilmişdir;

  1. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 14 fevral 2014-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi Qaydası”na dəyişikliklər edilməsi barədə” Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 12.06.2017-ci il tarixli 6 nömrəli qərarı.

           Qərar sözügedən Qaydanın “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli 494-VQD nömrəli Qanununa uyğunlaşdırılması, “notarius” sözündən sonra ismin müvafiq hallarında “ və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər” sözlərinin Qaydaya əlavə edilməsini nəzərdə tutur;

  1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 17.11.2017-ci il tarixli Qanunu.

            Qanun hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilməsini nəzərdə tutur.

  1. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında Nazirlər Kabinetinin 06.12.2017-ci il tarixli 537 nömrəli qərarı.

           Sözügedən normativ hüquqi aktın qəbul edilməsindən məqsəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 319 nömrəli qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 25.04.2017-ci il tarixli 641-VQD nömrəli Qanuna uyğunlaşdırılmasıdır. Belə ki, 537 nömrəli qərara uyğun olaraq “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a elektron çıxarışla bağlı müddəalar əlavə edilmişdir.

           “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Xidmətin aparatında və ərazi idarələrində (Xidmət rəisinin müavinləri, aparatın struktur bölmələrinin, yerli qurumların rəhbərləri və müavinləri istisna olmaqla) işçilərin işə qəbulu, işdən azad edilməsi, başqa işə keçirilməsi, vakant dövlət qulluğu vəzifələrinin tutulması, kadrların irəli çəkilməsi, yerdəyişməsi, onların şəxsi işlərinin hazırlanması və digər məsələlərlə bağlı işlər davam etdirilmişdir.

           Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun hesabat (3 nömrəli əlavə) hazırlanmış, Komitənin İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinə təqdim edilmişdir.

          Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 21 iyul 2017-ci il tarixli 143 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatının və Bakı Şəhər Ərazi İdarəsinin və 23 noyabr 2017-ci il tarixli 210 nömrəli əmri ilə Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin strukturunda müvafiq dəyişikliklər edilmiş və bununla bağlı zəruri tədbirlər həyata keçirilmişdir.

          “Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının adlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin             26 dekabr 2017-ci il tarixli 230 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin adlarında müvafiq dəyişikliklər edilmişdir.

          Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bütün ərazi idarələrində çalışan işçilərin vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini, həmçinin gələcək inkişafını müəyyən etmək məqsədi ilə onların test imtahanları vasitəsi ilə xidməti fəaliyyətləri qiymətləndirilmişdir.

           2017-ci il ərazində  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatına 5 nəfər daimi, 3 nəfər sınaq müddəti ilə, 1 nəfər isə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, 1 nəfərə inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu,  6 nəfərə 2-ci dərəcə dövlət qulluqçusu, 4 nəfərə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Ötən müddətdə müqavilə əsasında 1 nəfər inzibati vəzifənin 5-ci təsnifatı üzrə, 2 nəfər yardımçı vəzifəyənin 3-cü təsnifatı üzrə müxtəlif vəzifələrə işə götürülmüş, 3 nəfərə yardımçı vəzifələrin 3-cü təsnifatı üzrə dövlət qulluğunun 1-ci dərəcə referenti, 1 nəfərə dövlət qulluğunun 2-ci dərəcə referenti ixtisas dərəcəsi verilmişdir.

          Bu müddət ərzində Xidmətin aparatı üzrə 4 nəfərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

          01 yanvar 2018-ci il tarixinə Xidmətin aparatı və ərazi idarələri üzrə işçilərin sayı 1183 ştat vahidinə qarşı 992 nəfər təşkil etmişdir. Onlardan 68 nəfəri Xidmətin Aparatında və 924 nəfəri isə ərazi idarələrində çalışır. Vakant vəzifələrin sayı 191 vahid təşkil edir. Xidmət üzrə hazırda 123 nəfər özəl kadastr mütəxəssisləri (mərzçəkənlər) və 123 nəfər texniki işçilər (xadimə, sürücü, bağban və s.) fəaliyyət göstərir.

          2017-ci il ərzində 63 nəfər işə qəbul edilmiş, 83 nəfər işdən azad edilmiş və  141 nəfərin iş yeri dəyişdirilmişdir.

        2017-cı il ərzində Xidmətin ərazi idarələri tərəfindən kadr ehtiyatının yaradılması, onların gücündən səmərəli istifadə olunması məqsədi ilə iş üçün təklif olunan 311 nəfər gənc mütəxəssis ilə fərdi söhbətlər aparılmış, onların nəzəri və praktiki bilikləri yoxlanılmış, ixtisasına uyğun işlə təmin olunması barədə təkliflər hazırlanaraq rəhbərliyə təqdim olunmuşdur.

          Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 16 yanvar 2017-ci il tarixli 08 nömrəli əmri ilə təsdiq edilmiş “2017-ci il üçün təlim-tədris plan qrafik”inə uyğun olaraq, Təlim-Tədris Mərkəzi tərəfindən 2017-ci ilin 31 yanvar-04 fevral tarixlərində “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, 06-10 fevral tarixlərində “Fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi bazanın öyrənilməsi və tətbiqi məsələləri”, 23-25 fevral tarixlərində “Xidməti sənədlərin elektron icraatı, icraya nəzarət və hesabatlılığın idarə edilməsi” mövzularında, 6-11 mart 2017-ci il tarixlərində Bərdə şəhərində, 13-18 mart 2017-ci il tarixlərində Gəncə şəhərində “Daşınmaz əmlaka/torpağa dair inventarlaşdırma-ölçmə işləri və texniki sənədlərin hazırlanıb verilməsi”, 6-7 mart 2017-ci il tarixlərində Bərdə şəhərində, 13-15 mart 2017-ci il tarixlərində Gəncə şəhərində “Daşınmaz əmlak idarəçiliyi sahəsində elektron xidmətlər və xidmət keyfiyyətinin yüksəldilməsi məsələləri”, 9-11 mart 2017-ci il tarixlərində Bərdə şəhərində, 16-18 mart 2017-ci il tarixlərində Gəncə şəhərində “İşçilərin etik davranış qaydaları və xidmət standartları” mövzularında, Bakı şəhərində Xidmətin inzibati binasında 28 mart-01 aprel 2017-ci il tarixlərində “Daşınmaz əmlakın vahid kadastrının aparılması” mövzusunda, Şəki şəhərində 10-15 aprel 2017-ci il tarixlərində “Torpaqların idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti məsələləri”, “Torpaq kadastrı və yerquruluşu işlərinin təşkili və idarə edilməsi”, “İnformasiya-kommunikasiya texnologiyaları və onun tətbiqi məsələləri” mövzularında, Lənkəran şəhərində 24-29 aprel 2017-ci il tarixlərində “Daşınmaz əmlaka/torpağa dair inventarlaşdırma-ölçmə işləri və texniki sənədlərin hazırlanıb verilməsi”, 27-28 aprel 2017-ci il tarixlərində “İnformasiya-kommunikasiya texnologiyaları və onun tətbiqi məsələləri” mövzularında, Bakı şəhərində Xidmətin inzibati binasında 18-22 aprel 2017-ci il tarixlərində “Daşınmaz əmlakın idarə edilməsi və daşınmaz əmlak hüquqlarına dair mübahisəli məsələlər və məhkəmələlərlə işin təşkili” mövzusunda, Xaçmaz şəhərində 10-13 may 2017-ci il tarixlərində “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, Daşınmaz əmlaklara/torpaqlara dair texniki inventarizasiya-ölçmə işlərinin aparılması və sənədlərin hazırlanması”, 11-13 may 2017-ci il tarixlərində “Torpaq bazarının təşkili, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracları” mövzularında, Xidmətin inzibati binasında 15-19 may 2017-ci il tarixlərində “Daşınmaz əmlakların/torpaqların qiymətləndirilməsi”, “Geodeziya fəaliyyəti, bu sahədə dövlət nəzarəti və geodeziya-istinad şəbəkəsinin (AZPOS) idarə edilməsi” mövzularında, Bərdə şəhərində 22-27 may 2017-ci il tarixlərində  “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, “Fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi bazanın öyrənilməsi və tətbiqi məsələləri”, 25-27 may 2017-ci il tarixlərində “Torpaq bazarının təşkili, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracları” mövzularında, Bakı şəhərində Xidmətin inzibati binasında 12-14 iyun 2017-ci il tarixlərində “Komitə sistemində satınalmaların idarə edilməsi və səmərəlilik məsələləri”, 12-16 iyun 2017-ci il tarixlərində “Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi informasiya sisteminin (DƏQKİİS) öyrənilməsi mövzularında, Şirvan şəhərində 19-24 iyun 2017-ci il tarixlərində “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, “Daşınmaz əmlaklara/torpaqlara dair inventarizasiya-ölçmə işlərinin aparılması və sənədlərin hazırlanması”, 22-23.iyun 2017-ci il tarixlərində “İşçilərin etik davranış qaydaları və xidmət standartları”, Bakı şəhərində Xidmətin inzibati binasında 10-12 iyul 2017-ci il tarixlərində “Kargüzarlığın təşkili, xidməti sənədlərin elektron icraatı, icraya nəzarət və hesabatlılığın idarə edilməsi”, 24-28 iyul 2017-ci il tarixlərində  “Daşınmaz əmlak obyektlərinin ünvanlarının idarə edilməsi və ünvan reyestrinin aparılması”, “Torpaq kadastrı və yerquruluşu işlərinin yerlərdə təşkili və aparılması”, Gəncə şəhərində 11-15 sentyabr 2017-ci il tarixlərində “Torpaqların idarə edilməsi onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti məsələləri”, “Daşınmaz əmlakın idarə edilməsi və daşınmaz əmlak ilə bağlı mübahisəli məsələlər və məhkəmələrlə işin təşkili”, “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, Bakı şəhərində Xidmətin inzibati binasında 18-21 sentyabr 2017-ci il tarixlərində “Daşınmaz əmlakların/torpaqların qiymətləndirilməsi”, Şəki şəhərində 25-30 sentyabr 2017-ci il tarixlərində “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, “Torpaq bazarının təşkili, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracları, 25-29 sentyabr 2017-ci il tarixlərində “İşçilərin etik davranış qaydaları və xidmət standartları”, Bakı şəhərində Xidmətin inzibati binasında 09-13 oktyabr 2017-ci il tarixlərində “Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi informasiya sisteminin öyrənilməsi”, “Torpaqların idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti məsələləri”, 23-27 oktyabr 2017-ci il tarixlərində “Torpaq kadastrı: torpaqların elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritələri”, 25-27 oktyabr 2017-ci il tarixlərində “İşçilərin etik davranış qaydaları və xidmət standartları” mövzularında, Lənkəran şəhərində 16-20 oktyabr 2017-ci il tarixlərində “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, 16-18 oktyabr 2017-ci il tarixlərində “İşçilərin etik davranış qaydaları və xidmət standartları”, 18-20 oktyabr 2017-ci il tarixlərində “Torpaq bazarının təşkili, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracları”, 06-08 noyabr 2017-ci il tarixlərində “Arxiv işinin təşkili və idarə edilməsi”, “Maliyyə idarəçiliyi, iqtisadi təhlil, proqnozlaşdırma və nəzarət məsələləri”, 20-24 noyabr 2017-ci il tarixlərində “Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin aparılması”, “Daşınmaz əmlak obyektlərinin ünvanlarının idarə edilməsi və Ünvan Reyestrinin aparılması”, 27 noyabr - 01 dekabr 2017-ci il tarixlərində “Fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi bazanın öyrənilməsi və tətbiqi məsələləri” mövzularında, Xaçmaz şəhərində 01-03 noyabr 2017-ci il tarixlərində “İşçilərin etik davranış qaydaları və xidmət standartları”, “İnformasiya-kommunikasiya texnologiyaları və onun tətbiqi məsələləri” mövzularında, Bərdə şəhərində 13-17 noyabr 2017-ci il tarixlərində “Daşınmaz əmlaka/torpağa dair inventarlaşdırma-ölçmə işləri və texniki sənədlərin hazırlanıb verilməsi”, “İnformasiya-kommunikasiya texnologiyaları və onun tətbiqi məsələləri”, Bakı şəhərində Xidmətin inzibati binasında 11-15 dekabr 2017-ci il tarixlərində “Dövlət əmlakının idarə edilməsi və daşınmaz əmlak hüquqları ilə bağlı mübahisəli məsələlər və məhkəmələrlə işin təşkili” və “Daşınmaz əmlaklara/torpaqlara dair inventarizasiya-ölçmə işlərinin aparılması və sənədlərin hazırlanması” mövzularında təlimlər  keçirilmiş və Xidmət üzrə bu təlimlərdə dinləyici kimi 189 nəfər işçi iştirak etmişdir.

          Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aparatında işləyən dövlət qulluqçuları tərəfindən 2017-ci il ərzində etik davranış qaydalarının pozulması hallarının baş verməməsi barədə məlumatlar hazırlanmış, habelə dövlət qulluqçularının reyestri işlənilmiş və hər ayın sonunda yenilənərək Komitəyə təqdim olunmuşdur.

         Əmək funksiyasını lazımi səviyyədə yerinə yetirmədiklərinə və fəaliyyətində nöqsanlara yol verdiklərinə görə 2017-ci il ərzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq əmrləri ilə ərazi idarələri üzrə 11 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət,              61 nəfərə töhmət verilmiş, 136  nəfərə xəbərdarlıq edilmiş, 8 nəfərin ixtisas dərəcəsi aşağı salınmış, işdə yol verdiyi ciddi nöqsanlara görə 1 nəfər müvəqqəti olaraq işdən kənar edilmişdir.

          Hesabat dövründə Xidmətin ərazi idarələrinin və rayon şöbələrinin maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir.

          Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin struktur bölmələri tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası istiqamətində tədbirlər davam edir.