148 - Çağrı mərkəzi

Çağrı mərkəzi vətəndaşların telefon vasitəsi ilə etdiyi müraciət və şikayətləri operativ cavablandırmağa və vətəndaşlara aidiyyatı məsələlər üzrə yardımçı olmağa xidmət göstərir. Bu baxımdan Reyestr Xidməti üçün yaradılmış çağrı mərkəzi sistemi İntelektul Salamlama rejimi vasitəsilə zəng vurmuş vətəndaşın müraciət edəcəyi mövzuya uyğun aşağıdakı kimi bölüşdürülmüşdür:

 

 

 

Yuxarıda qeyd olunanlardan əlavə olaraq məlumat xarakterli digər anonslar da mövcuddur.

  • Zəhmət olmasa xətdə gözləyin.
  • Salam. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çağrı mərkəzinə zəng vurduğunuz üçün təşəkkür edirik.
  • Siz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iş saatları xaricində zəng vurmusunuz. Xahiş  edirik, həftənin şənbə və bazar günləri xaric olmaqla saat 9.00 – 18.00 saatları arasında təkrar zəng vurasınız.
  • Nəzərinizə çatdırırıq ki, göstərilən xidmət səviyyəsinin ölçülməsi məqsədilə danışıqlar qeydə alınır.
  • Hal-hazırda xətlərimiz məşğuldur. Zəhmət olmasa bir qədər gözləyin.

Çağrı mərkəzinə daxil olan bütün zənglər şöbələrdə quraşdırılmış Operator  panellərinə daxil olur, cavablandırılır, panelin xüsusi ayrılmış pəncərələrində müraciət edən vətəndaşın şəxsi məlumatları qeyd olunur. Daxil olan və çıxan bütün zənglərin səs faylları yazılır və zəngin özü arxivləşdirilir.