Sual-cavab

Daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı nədir?

Daşınmaz əmlakamülkiyyətvə digər əşyahüquqlarınındövlətqeydiyyatı daşınmaz əmlakahüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasınakeçməsininvə buhüquqlaraxitamverilməsinindövləttərəfindəntanınması və təsdiqedilməsibarədə hüquqiaktdır.

Dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır?

Dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydə alınır.

Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir?

«Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1.ci maddəsinə əsasən, həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyün) dövlət qeydiyyatı nə vaxt aparılır?
«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqlar dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır.

Dövlət reyestrindən arayışlar kimlərə verilə bilər?
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanunla və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.

Dövlət reyestrindən arayışlar hansı müddətdə verilir?
«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.3.cü maddəsinə əsasən, qeydiyyat orqanı müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu 5 iş günü müddətində təqdim etməlidir.

 Hüquqların dövlət qeydiyyatı üçün hansı ödənişlər vardır?
Hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu dövlət büdcəsinə ödənilir. Dövlət reyestrindən arayışların verilməsinə görə hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunun 30 faizi miqdarında haqq qeydiyyat orqanının xüsusi hesabına ödənilir. Bu qanun qüvvəyə minənədək daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.

Hüquqların dövlət qeydiyyatı üçün əsaslar hansılardır?
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:-

qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

-daşınmaz əmlak barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
-"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahaləri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
-qanunvericilikdə nəzərdə tutulan digər əsaslar.


Hüquqların dövlət qeydiyyatı hansı müddətə aparılmalıdır?
«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2.ci maddəsinə əsasən, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır.

Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş ərizədə nələr göstərilir?

«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1.ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı həmin Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

Dövlət qeydiyyatının dayandırılması üçün hansı əsaslar vardır və qeydiyyat nə vaxta dayandırıla bilər?
Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayət verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.

Dövlət qeydiyyatından imtina üçün hansı əsaslar vardır?

Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
-dövlətqeydiyyatı barədə müraciətolunanhüquq "Daşınmaz əmlakındövlətreyestrihaqqında" Qanununa əsasəndövlətqeydiyyatınaalınmalı deyildirsə;
-hüquqlarındövlətqeydiyyatı üçünnotariatqaydasındatəsdiqlənməsitələbolunmayansənədlərinforması və məzmunuqanunvericiliklə müəyyənedilmiş tələblərə uyğundeyildirsə;
-hüquqlarındövlətqeydiyyatı barədə ərizəniverməyə ixtiyarı olmayan şəxsmüraciətetdikdə;
daşınmaz əmlakahüququnyaranması barədə icrahakimiyyətivə bələdiyyə orqanınınaktı qanunvericiliklə müəyyənedilmiş qaydadaetibarsızhesabolunduqda;
-daşınmaz əmlakbarəsində təsdiqləyicisənədvermiş şəxshəmin əmlak üzərində hüquqadairsərəncamverməksəlahiyyətinə malikolmadıqda;
-qeydiyyatındayandırılmasınasəbəbolanhallararadanqaldırılmadıqda.
Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı necə aparılır?
Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.

Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi necə aparılır?
Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.

İpotekanın dövlət qeydiyyatı necə aparılır?
Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumatların dövlət reyestrinə daxil edilməsi ilə aparılır. İpotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 5 iş günü müddətində aparılır.

Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə hansı tələblər qoyulur?
Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə aşağıdakı tələblər qoyulur:

Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.