Konfrans

 

 

 

 

                 

           
 

BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Bankının      “BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda birgə seminarı 

28 noyabr 2014-cü il, Bakı şəhəri  

 

Giriş
Qeydiyyat
Tədbirin yeri
Proqram
Təqdimatlar
İştirakçılar
Əlaqə

                                                             Giriş

BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Bankının 28 noyabr 2014-cü tarixində Bakı şəhərində keçiriləcək birgə seminarı ilə bağlı yaradılmış qeydiyyat səhifəsinə xoş gəlmisiniz.

Seminar BMT Avropa İqtisadi Komissiyası, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil ediləcəkdir.

Seminarın mövzusu “BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlakın İdarə Edilməsinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” olacaqdır.

Seminar çərçivəsində BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu AİK-ə üzv dövlətlərdə daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi layihəsinin təqdimatını həyata keçirəcəkdir. Bu layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə fövqəladə hallarda daşınmaz əmlak idarəçiliyi məlumatlarının bərpa olunması üzrə təcrübələri ehtiva edir. Bununla yanaşı, seminarda Könüllü Təlimatlar – Daşınmaz Əmlak İdarəçiliyi üzrə Standartlar təqdim ediləcək. Habelə Daşınmaz Əmlakın İdarə Edilməsinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə qarşılıqlı təmasda olan məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaqdır.

Seminarda iştirak pulsuzdur.

Seminar ingilis dilində keçirilməklə rus və Azərbaycan dillərinə və əksinə sinxron tərcümə ilə təmin ediləcəkdir.

Seminarda iştirakla bağlı qeydiyyatdan keçmək üçün solda yerləşən menyunun Qeydiyyat bölməsinə daxil olun.