17 aprel 2018-ci il tarixdə saat 10:00-da Bakı şəhərində təkrar hərraca çıxarılacaq daşınmaz dövlət əmlakının Siyahısı

Obyektin adı Ünvanı Balans saxlayıcısının adı Mərtəbəliliyi Ümumi
faydalı
sahəsi
(kv.m)
Özəlləşdirilən
torpaq
sahəsi
(kv.m)
Əmlakın
ilkin (satış) qiyməti
(100%)
(manat)
Torpaq sahəsinin
 ilkin (satış) qiyməti
(manat)
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti
(manat)
10% beh (manat)
1 Qeyri-yaşayış sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 9 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi 128.3 x 95000 x 95000 9500
2 Qeyri-yaşayış binası Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 81 saylı binanın qarşısı Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 1 mərtəbəli ayrı tikili 242.0 287.8 70000 37500 107500 10750
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar Bakı şəhərində Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.
 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?