Rəhbərlik

 Həsənov Kərəm Əvəz oğlu

 

Vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

İxtisas dərəcəsi: 1-ci dərəcə dövlət müşaviri

Tərcümeyi-hal: 02 avqust 1969-cu ildə Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur.

1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirərək «İqtisadçı» ixtisasına yiyələnmişdir.

1988-1989-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləmişdir.

1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışmışdır.

2001-2005-ci illərdə İqtisadi İnkişaf Naziliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.

2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.

19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, üç övladı var.

 

 

  Cəlilov Rafiq Əsgər oğlu

  

Vəzifəsi : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini
Doğulduğu tarix:  13 yanvar 1963-cü il
İxtisası : İqtisadçı
 

 

 Şahbazov Rüstəm Adıgözəl oğlu

  Vəzifəsi : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini
Doğulduğu tarix: 29 iyun 1963-cü il
İxtisası : İqtisadçı
 

 

 Bəşirov Azər Ağababa oğlu

                                             Vəzifəsi : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aparat rəhbəri
Doğulduğu tarix: 19 may 1969-ci il
İxtisası : İqtisadçı - mühəndis