Əhaliyə daha bir müjdə - Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinə əsasən kəndlilərə pay torpaqları ayrılıb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il müvafiq fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verməkdədir. Qeyd edilməlidir ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən şəxslərə bu sahədə həyata keçirilən işlərin nəticəsi olaraq pay torpaqları ayrılıb. Komitə tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin qurulması ilə bağlı həyata keçirilən işlər çərçivəsində torpaqların naturada dəqiqləşdirmə işləri aparılmış, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası müəyyənləşdirilmiş bir sıra rayonlarda vətəndaşlara pay torpaqlarının verilməsi ilə əlaqədar məsələlər öz həllini tapmışdır.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 23 mayda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Bu dəfəki hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir.  Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir.

Regionlarda keçirilən hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak  paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub.  Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi  531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır. Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Belə ki, həmin əmlak  1275 manata sahibini tapıb.

Ardını oxu...

İyunun 20-si keçiriləcək hərracda əmlak sahibi olmaq imkanları

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 iyun tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan  25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1855

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür. Sifarişçi portal vasitəsilə  hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış ola bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Balakəndə keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 26 may 2017-ci il tarixində Balakən rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir. Belə ki, vətəndaş qəbulunun tarixi dəyişdirilərək 27 may 2017-ci il tarixinə keçirilmişdir.

Qəbul saat 10:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən rayonu ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Ardını oxu...

İş yerini tərk etmədən də çıxarış almaq mümkündür

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün daşınmaz əmlakın dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə əlçatanlığın təmin edilməsi ilə bağlı müxtəlif yönümlü sosial tədbirlər həyata keçirir. Əhalinin bu sahədə işini daha da yüngülləşdirəcək geniş yayılan sosial layihələrdən biri də “Kütləvi çıxarış” kampaniyasıdır. Komitənin təşkil etdiyi kampaniyanın keçirildiyi yerlər müxtəlfidir. Bu isə vətəndaşların maraqlarına xidmət edir. Belə ki, “Kütləvi çıxarış” kampaniyası təşkil edildiyi ərazilər əhaliyə uyğun və yaşadıqları yerlərə olduqca yaxındır. Başqa sözlə bu sosial layihə komitənin qeydiyyat xidmətlərini əhalinin bir başa ünvanlarında, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə  çıxarış əldə etməsinə imkan yaradır.       

Qeyd edilməlidir ki, belə xidmətlər əhalinin birbaşa iş yerlərində də göstərilir. Bu kampaniya müəssisələrdə keçirilməklə çoxlu sayda işçiləri və böyük kollektivi əhatə edir.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumu və xidmət haqqları barədə məlumatlar vətəndaşlar üçün tam açıq və əlçatandır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqları ilə bağlı məlumatların şəffaflığı, açıqlığı  və əlçatanlığı tam təmin olunub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı  göstərilən xidmətlərin tarifləri və rüsumları barədə məlumatı komitənin rəsmi informasiya portalından (emdk.gov.az) əldə etmək mümkündür. Bununla yanaşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və onların rayon şöbələrinin inzibati binalarında görünən yerdə dövlət rüsumu və xidmət haqqı ilə bağlı müvafiq məlumat lövhələri də yerləşdirilmişdir. Lövhələrdə tələb olunan ödənişlər barədə məlumat əks olunmuşdur.

Belə məlumatlar həmçinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının portalında (tariffcouncil.gov.az) da yerləşdirilib.

Dövlət rüsumunun tutulduğu hallar və onun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə, xidmət haqqının tutulduğu hallar və onun tarifləri isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə tənzimlənir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Balakəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 26 may 2017-ci il tarixdə Balakən rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Evində keçiriləcək. Qəbulda Balakən ilə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Ardını oxu...

Hərraclarda innovasiyaların, müasir yanaşmaların tətbiqi özəlləşdirmədə şəffaflığı və optimallığı artırır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və hazırki iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqini genişləndirir. Bu məqsədlə qabaqcıl ölkələrin özəlləşdirmə təcrübəsi, həmin dövlətlərdə tətbiq olunan müasir özəlləşdirmə prosedurları və metodları öyrənilir.

Özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün həyata keçiriləön mühüm yeniliklərdən biri komitə tərəfindən təşkil olunan  açıq və şəffaf hərraclardır. Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi  olaraq canlı izləyə bilər. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Beləki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.

Ardını oxu...

İnvestorların dövlət əmlakına sahib olmaları üçün daha bir hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyun 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan   20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  

Hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1848

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri  paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları  isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən “Yardımçı Təsərrüfat”dır. Adı çəkilən əmlak 450 min manata təklif olunur.  Bu əmlakın ümumi faydalı sahəsi 533 kv.m, torpaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Bundan başqa “Şəmkir yun tədarükü məntəqəsi” də torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 63 min kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 350 min manatdır.

Ardını oxu...

Özəlləşdirmə prosesində daha bir yenilik - “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” istifadəyə verilir

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb  dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər. Bu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidməti sayəsində mümkün olub.

Bununla bağlı Komitə tərəfindən 11 may tarixində media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı növbəti müsabiqə elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər görülür. Dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində işlərini təkmilləşdirir.

Bu məqsədlə komitə qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan edilən  növbəti belə müsabiqəyə 5 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Bakının Nərimanov rayonunda, regionlarda isə müvafiq olaraq Ağsuda, Zərdabda, İmişlidə və Beyləqanda yerləşir. İcarəyə verilən əmlakların sahələri 6 kv.m ilə 59 kv.m arasında dəyişir. Obyektlərin vəziyyəti istifadəyə tam yararlıdır. Əmlaklar ictimai iaşə, xidmət və digər iqtisadi sahədə fəaliyyət göstərilməsi üçün əlverişlidir. Müsabiqəyə çıxarılan obyektlər arasında ən aşağı icarə haqqı 7 manat təşkil edir. Belə  obyektlər bir neçə mərtəbəli binanın  2-ci, 3-cü, 4cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.

Ardını oxu...

Özəlləşdirilən müəssisələr müxtəlif iqtisadi sahələrin inkişafına təkan verir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən hərraclar nəticəsində özəlləşdirilən əmlaklar iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verir. Belə ki, hərrac prosesində özəlləşdirilən əmlaklara yiyələn investorlar, fiziki və hüquqi şəxslər sonradan həmin əmlakı icarəyə verməklə gəlir mənbəyinə çevirə bilər. Bu isə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin canlanmasına, işçi qüvvəsinin artmasına şərait yaradır.

Komitə tərəfindən 10 may tarixində keçirilən növbəti hərrac zamanı paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.

Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Şəmkir şəhərində yerləşir.

Ardını oxu...

Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalıqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 may tarixində saat 10:30-da hərracların keçirilməsində növbəti innovati addım olan “Elektron hərrac” layihəsinin ictimai təqdimatı keçiriləcəkdir. Tədbirdə “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” layihəsinin məqsədi, elektron hərracda iştirak etmək qaydalarıla bağlı təqdimat olacaqdır.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Elmlər Akademiyası metro stansiyasının arxası) keçiriləcəkdir.

Əlaqə telefon:

(050) 235-30-33

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda fermerlərə xidmət göstərib

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi, məhsuldarlığın artırılması, torpaqlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində bir sıra tapşırıqlar verilir. Belə tapşırıqlara uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyətini genişləndirib. Komitə  respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması və torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətindəki işlərini davam etdirir. Bu işlər Komitənin nəznində fəaliyyət göstərən stasionar və mobil torpaq və bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, Mobil laboratoriyalar birbaşa kəndilinin, fermerin, əkin biçin işi ilə məşğul olunan sahələrində xidmət göstərməklə operativ qaydada torpaqların tədqiqatını aparır və analizlərin nəticələrinə əsasən fermerlərə aqro-kimyəvi tədbirlərin görülməsi ilə bağlı məsləhət  xidmətləri göstərilir.

Ardını oxu...

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi 06 iyun 2017-ci il tarixində yeni hərrac keçirəcək. Proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 183 əmlak çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 63-ü kiçik dövlət müəssisə və obyekti,  95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir.  

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salya  Tərtər, Daşkəsən və digər rayonlada yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq,  qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə  69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir.  Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata  təklif olunur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 125 min 992 manata iştirakçılara təklif edilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) idarə heyətinin üzvləri arasında görüş keçirilib

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) idarə heyətinin üzvləri arasında 5 may tarixində görüş keçirilib. Görüşün məqsədi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi çərçivəsində Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi və investisiyaların cəlb edilməsi barədə fikir mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, qarşılıqlı əməkdaşlıq və ortaq çalışmaların mümkünlüyünün müzakirəsi olub.

Ardını oxu...

Daha bir hündürmərtəbəli bina sakinləri «Kütləvi çıxarış» kampaniyasından yararlanıblar

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara göstərilən xidmətlərdə rahatığın, əlçatanlığın təmin edilməsi məqsədilə sosial yönümlü tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirir. Komitənin faəliyyətinin əsas istiqaməti bu sahədə vətəndaş məmnuniyyətinin artırılması, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, şəffaflığın təmin edilməsdir. Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də «Kütləvi çıxarış» kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin bir başa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, oprativ şəkildə  çıxarış əldə etməsinə imkan yaradır. Bundan başqa kampaniyanın üstünlüklərindən biri də ucqar kənd yerlərində, ahıl və fiziki məhdudiyyətli şəxslərin bilvasitə ünvanlarında keçirilməsidir. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb

Azərbaycan Respublikası Prezidentinin dövlət qurumları tərəfindən ölkə əhalisinə göstərilən ictimai xidmətlərdə operativlik və şəffaflığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqinə daha da geniş yer ayırır.

Əmlak Məsələləri Dövlət Komitəsinin istifadəyə verdiyi elektron xidmətlər ölkə vətəndaşları üçün heç bir ünvana müraciət etmədən, operativ qaydada internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanlarını yaradır. Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və çevik şəkildə reallaşmasını təmin edir.

Belə ki, hazırda komitənin fəaliyyət sahələri üzrə vətəndaşlara 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət göstərilir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən monitorinqlər nəticəsində bir sıra ərazilərdə torpaqların üst münbit qatının daşınması hallarının qarşısı alınıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaqlardan təyinatı üzrə istifadəsi, hüquqi əsas olmadan torpaqların zəbt edilməsi və qanunsuz tikinti işlərinin aparılması sahələrində aşkar edilən pozuntulara qarşı mübarizə ilə bağlı mütəmadi işlər görülür. Torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində monitorinqlər keçirir.

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirtdiyi monitorinqlər kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması halları ilə bağlı olub. Qobustanda keçirilən monitorinq komitənin müffətişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Bu monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.

Ardını oxu...

Dövlət əmlakının özəlləşdirilməsi üzrə may ayının ilk hərracı keçirilib

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 02 may tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı  şəhəri üzrə  2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Beləki, adıçəkilən əmlak 220  min manata özəlləşdirilib. Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir.

Ardını oxu...