Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub. Özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir.

Ardını oxu...

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Vətəndaşlar sadə prosedurlardan keçməklə dövlət əmlaklarının özəlləşdirilməsində rahatlıqla iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda yaradılan imkanlar ilə hər kəs onlayn formada seçdiyi əmlakın sifarişçisinə çevrilir. Müasir hərrac sistemi ilə sifarişçilər və adi şəxslər olduğu məkandan prosesə elektron formada qoşula bilir.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Binəqədi qəsəbəsində davam edəcək

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini ünvanlarda göstərərək əlavə vaxt itkisini aradan qaldırır. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının hər həftə ayrı-ayrı kənd və şəhərlərdə keçirilməsi ilə hər kəsin xidmətdən istifadə imkanı təmin edilir.

Ardını oxu...

İntensiv xarakter alan “Kütləvi çıxarış” kampaniyası Şamaxıda: sosial dəstək nümunəsi olaraq qeydiyyat xidmətləri ahıl və fiziki məhdudiyyətli sakinlərin evlərində göstərilib

Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda saxlayan Əmlak Məsələləri Dövlət Komitəsi keçirdiyi sosialyönümlü tədbirlərin əhatə dairəsini genişləndirir. Komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıran, onların vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradan “Kütləvi çıxarış” kampaniyası intensiv xarakter almaqdadır. Daha bir rayonun sakinləri çıxarışlarını yaşadıqları məkandaca əldə etdilər.

Ardını oxu...

İlin ilk 3 ayı ərzində 193 - Çağrı Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin interaktiv qəbulu Əmlak Məsələləri Dövlət Komitəsinin 193 nömrəli Çağrı Mərkəzi vasitəsilə aparılır. Komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün müraciətlər mərkəz tərəfindən operativ və əhatəli formada cavablandırılır. Müvafiq qurum və idarələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın, məmnunluğun təmin edilməsi məqsədilə vətəndaşların rəy və təklifləri də qəbul edilir. Göstərilən bütün xidmətlər barədə vətəndaşlar məlumatlandırılır, prosedurlar geniş formada izah edilir. Bundan başqa Çağrı Mərkəzi hüquqi yardım almaq istəyən vətəndaşların da müraciətləri qəbul edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsindən növbəti sosial aksiya: 99 yaşlı paytaxt sakininə evində çıxarış təqdim olundu

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunun yüksəldilməsi, əhalinin daha rahat və çevik qaydada xidmətlərdən yararlanması istiqamətində sosial tədbirlərin sayını artırır. Komitə bu dəfə də sosiallıq prinsipinə əməl edərək fərqliliyə imza atdı. Belə ki, kampaniya paytaxtın 99 yaşlı sakininə elə ünvanındaca, yaşadığı evdə əmlakına dair çıxarış təqdim etdi. Həyata keçirilən bu sosial addım dövlətin vətəndaşlara göstərdiyi qayğının nəticəsidir.

Ardını oxu...

Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvini onlayn həyata keçirin

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərə daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və bu qeydiyyatın ləğvi də aiddir. Bu xidmətlər daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və qeydiyyatın ləğvi üçün müraciətlərin qəbulu, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə xidmət istifadəçilərinin məlumatlandırılması kimi məsələləri əhatə edir. Daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında (Əmlak Xidmətləri Məkanı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları) və ya elektron formada göstərilir.

Ardını oxu...

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclarda iştirakla vətəndaşlar rahat formada əmlak sahibinə çevrilə bilir. Bu istiqamətdə sadələşdirilmiş xidmətlər hərraclarda aktivliyi yüksəldir, prosesə marağı artırır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə geniş seçimin olması isə hər kəsin arzuladığı əmlaka sahib olmasına şərait yaradır. Aprelin 2-si keçirilən hərracda vətəndaşlar təklif olunan bu imkanlardan istifadə etdi. Budəfəki hərracda  8 dövlət əmlakı üzrə 12 sifariş verilmişdir.

Ardını oxu...

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufrukt daşınmaz əmlakın elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs ondan istifadə etmək və fayda götürmək hüququna malikdir. Lakin mülkiyyətçidən fərqli olaraq uzufruktuar daşınmaz əmlakı girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Daşınmaz əmlak üzərində uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında və elektron formada göstərilir.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni qrafiki: bu həftə içi iki ünvanda keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni qrafiklə vətəndaşların ünvanında olacaq. Belə ki, vətəndaş məmnunluğunun artırılması üçün bu sosial kampaniya bu həftə ərzində iki ünvanda keçiriləcək.

Səyyar xidmət avtobusu 2-3 aprel tarixlərində Binəqədi rayonu, 28 May qəsəbəsi, 8-ci küçədə, (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) vətəndaşların xidmətində olacaq. Aprelin 4-ü və 5-də isə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 36 ünvanında (Qəsəbə İcra Nümayəndəliyinin inzibati binasının qarşısında) qeydiyyat xidmətləri göstərəcək.

Ardını oxu...

Hərraclara qoşularaq dövlət əmlaklarının özəlləşməsində iştirak et: 30 aprel hərracına 92 dövlət əmlakı çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi prosesi ölkə üzrə müxtəlif iqtisadi sahələrə investisiyanın yatırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və innovativ hərraclar sərmayəçilərin, sahibkarların, iş adamlarının və digər şəxslərin özəlləşmədə rahat iştirakına yönəlib. Müasir hərracın üstünlükləri seçim prosesindən hərracda iştiraka qədər bütün prosedurları onlayn formada həyata keçirmək imkanlarını yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 30 aprel tarixində keçiriləcək. Budəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si  səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Dövlət obyektləri təyinat və ərazi baxımından da müxtəlifdir. Onlar arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakları var. Bu da investorların biznes layihələri üzrə daha uyğun  seçim etmələrinə şərait yaradır. İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 45 saylı Təmir Tikinti Sahəsinin ümumi faydalı sahəsi 555.1 kv.m-dir. Qeyd edək ki, bu dövlət əmlakı 5.4 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 6-sı Bakıda, 5-i Sumqayıtdadır. Ümumi faydalı sahəsi 49.4 kv.m olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs ondan ofis və xidmət obyekti kimi istifadə edə bilər.

Səhmdar cəmiyyətlərinin 30-45%-lik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər iqtisadi sahələrə aid olan dövlət əmlakları Yevlax, Beyləqan, İsmayıllı kimi şəhər və rayonlarda yerləşir.

Budəfəki hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1998-2007-ci illərə aiddir. Nissan, Qaz, Kia markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətləri 1.5 min ilə 7 min arasındadır.

Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli şəhərində vətəndaş qəbulu keçirdi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən martın 29-da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli şəhərində vətəndaş qəbulu keçirdi. Qəbul cədvəlinə müvafiq olaraq İmişli rayonu ilə yanaşı, Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların da müraciətləri dinlənildi. Səsləndirilən fərdi müraciətlər əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına uyğun istifadəsi, dəqiq sərhədlərinin müəyyənləşməsi, kateqoriyasının dəyişdirilməsi ilə bağlı oldu. Dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak məsələləri də müraciətlərə aiddir.

Ardını oxu...

Daşınmaz dövlət əmlakının idarəçiliyində daha bir yenilik: qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

Əmlak Məsələləri Dövlət Komitəsi ənənəsinə sadiq qalaraq daha bir yeniliyə imza atdı. Artıq dövlət müəssisələri əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirə bilər. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.

Ardını oxu...

27 mart hərracı: rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclara qoşulan şəxslər rahatlıqla seçdikləri dövlət əmlaklarının özəlləşdirməsi prosesində iştirak edir. Yaradılan müasir şərait vətəndaşların həm hərrac keçirilən məkanda, həm də istənilən yerdə elektron formada iştirakını təmin edir. Virtual formada aparılan seçim, qeydiyyat və sifariş prosedurları ilə hər kəs vaxt itirmədən iştirak üçün müraciət edə bilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov İmişli şəhərində vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 mart 2019-cu il tarixində İmişli şəhərində vətəndaş qəbulu keçirəcək. Vətəndaş qəbulu saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Ardını oxu...

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 mart tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi.  Özəlləşdirmə hərracında 11 dövlət əmlakı üzrə 14 sifarişçi iştirak etdi. Bu dövlət əmlaklarından biri Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki  "Şamaxı Dəmir Beton"  səhmdar cəmiyyətidir. Dövlət əmlakının nizamnamə kapitalındakı səhmlərinin 30%-i həcmində səhm paketi  iştirakçı tərəfindən özəlləşdirildi. Dəmir-beton məmulatlarının istehsalı üzrə fəaliyyət göstərən dövlət müəssisəsinin ərazisinə sement anbarı, armatur, beton və digər materialları hazırlayan sexlər aiddir.

Ardını oxu...

Sahibkarların Nəzərinə!

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 762 nömrəli Fərmanının icrası olaraq Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin 08 fevral 2016-cı il tarixli, 21 nömrəli Əmri ilə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən Apellyasiya Şurası yaradılmışdır.

Ardını oxu...

Bayram ərəfəsində cəbhə bölgəsində geniş “Kütləvi çıxarış” kampaniyası keçirildi: Ağdamın 12 kəndinin əhalisinə çıxarışlar verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cəbhə bölgəsində yaşayan vətəndaşların mənzil şəraitinin, güzəranlarının, o cümlədən yaşayışının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Buna uyğun olaraq xidmətlərin həmin ərazilərdə yaşayan vətəndaşlara daha rahat və innovativ üsullarla təqdim edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin əsas məqsədidir.

Ardını oxu...

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən özəlləşdirmə hərracları üzrə xidmətlərin sadələşdirilməsi daha çox investorun prosesdə iştirakına yönəlib. Artıq vətəndaşlar yaradılan müasir şəraitdə dövlət əmlaklarını elektron formada sifariş verib, hərraclara onlayn formada qoşula bilir. İnnovativ imkanların tətbiqi ilə keçən hərraclar özəlləşdirməni sürətləndirir, yeni yaranan özəl müəssisələrin sayını artırır.

Ardını oxu...

Prezidentin fərmanına uyğun olaraq Bakıda istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasında çıxarışların hazırlanması məqsədi ilə sakinlərdən sənədlər toplanıb

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib. Artıq bu binalarda yerləşən mənzillərə çıxarışların verilməsi məqsədi ilə sənədlərin toplanılmasına başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk olaraq 15 mart tarixində Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 561 mənzilli yaşayış binasında sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərindən ilkin sənədlər toplanıb.

 

 

 

 

  

Vətəndaş müraciətlərinin operativ cavablandırılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi qurumlarının rəhbərlərinin regionlarda qəbulu davam etdirilir: Aprel ayının qəbul cədvəli

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə komitənin yerli qurumların rəhbərlərinin regionlarda birgə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Belə qəbulların keçirilməsində başlıca məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?