Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Kürdəmirdə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 fevral 2017-ci il tarixində Kürdəmir rayonunda vətəndaşları qəbul edib. Qəbulda Kürdəmir ilə yanaşı Ucar, Zərdab və Göyçay rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

İştirak edən vətəndaşlar komitə sədrinə əsasən özəlləşdirmə və əmlakın sənədləşdirilməsi ilə bağlı onları maraqlandıran məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri hər bir vətəndaşı dinləyib. Səsləndirilən müraciətlərlə bağlı zəruri məlumatları yerində dəqiqləşdirmək üçün komitənin aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verib. Özəlləşdirmə ilə bağlı ünvanlanan müraciətlərin bir qismi keçirilən hərraclarla bağlı olub. Belə ki, hərrac prosedurları, hərracda iştirak üçün müraciət, hərracda əmlak sahib olmağın yolları və şərtləri, əmlakın seçimi və əmlaka baxış, hərracdan sonrakı hüquqi sənədləşdirmə işi və digər məsələlərin aydınlaşdırılması məqsədilə suallar və təkliflər verilib. Komitə sədri bütün təkliflərin qeydiyyata alınması və tezliklə dəyərləndirilməsi barədə tapşırıqlarını verib. Komitə sədri hərracda iştirakın üstünlüklərinə toxunaraq qeyd edib ki, belə açıq və şəffaf hərraclar hər bir vətəndaşa, fiziki və hüquqi şəxsə bir və ya bir neçə əmlaka yiyələnmək fürsəti yaradır. Bundan ötrü komitənin internet resursu olan özəlləşdirmə portalı üzərindən əmlaklarla tanış olmaq və seçilən əmlaka elektron sifariş vermək kifayət edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi “AzNav” ilk milli Naviqasiya Sistemini təqdim edib

Əmlak Məsələləri Dövlət Komitəsi “AzNav” ölkənin ilk milli Naviqasiya Sistemini 23 fevral tarixində ictimaiyyətə təqdim edib. Tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin prezentasiyası olub və canlı rejimdə fəaliyyəti nümayiş etdirilib. Artıq Sistem əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verilib.

Təqdimatda Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra hakimiyyəti, “Azəravtoyol” ASC, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC-nin, habelə ölkədə fəaliyyət göstərən naviqasiya, yükdaşıma və taksi xidmətləri, turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Ardını oxu...

ADAU və Əmlak Məsələləri Dövlət Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

22 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin  (ADAU) aqrotexnologiya fakültəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Əmlak Məsələləri Dövlət Komitəsinin İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri Əyyub Məmmədov imzalayıblar.

Memorandum birgə layihələrin, konfransların, dəyirmi masaların və seminarların keçirilməsi, Komitənin sifarişi ilə ödənişli və ödənişsiz əsaslarla müxtəlif elmi-tədqiqat və analitik işlərin, monitorinq və sorğuların keçirilməsi, qısamüddətli və uzunmüddətli ixtisasartırma kurslarının təşkili, universitet əməkdaşlarının və tələbələrin Komitədə staj keçmələrinin könüllülük və daimi əsaslarla işə cəlb edilmələrini nəzərdə tutur.

Ardını oxu...

Əhaliyə daha bir yenilik - əmlaklarına iş yerlərindən ayrılmadan çıxarış almaq mümkündür

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin ölkə əhalisi üçün daha rahat və innovativ üsullarla çatdırılması, bu sahədə operativlik və əlçatanlığın artırılması, habelə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində daim yeniliklər edilir və bir sıra sosial yönümlü tədbirlər həyata keçirilir.

Komitə tərəfindən göstərilən qeydiyyat xidmətlərindəki yeniliklərdən biri də əhalinin bir başa iş yerlərində, iş prosesi və gündəlik iş rejimdən ayrılmadan daha rahat şəkildə əmlaklarına dair çıxarış sənədlərinin verilməsidir.  Bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə, onların işçiləri üçün də keçiriləcəkdir.

Ardını oxu...