“Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması” təsdiq edildi

 “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 11 iyun 2018-ci l tarixli 138 nömrəli Fərmanla dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydalarında dəyişiklik edilib. Belə ki, bu fərmana uyğun olaraq artıq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi müvafiq yerli icra hakimiyyətlərinin rəyi və Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir. Bununla bağlı “Torpaq icarəsi” haqqında qanuna və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə yeni maddə əlavə edilib.

Qeyd olunan fərmanın icrası məqsədi ilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üçün yeni iqtisadi qiymətləndirmələr və digər əsaslandırmalar aparılmış, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 noyabr 2018-ci il tarixli 512 nömrəli Qərarı ilə “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması” təsdiq edilmişdir. Həmin formada iqtisadi əsaslandırılmanı təqdim edən subyekt (hüquqi statusu, nəzərdə tutulan təsərrüfat fəaliyyəti üzrə mövcud maddi və texniki imkanları), icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (yerləşdiyi ərazi,kənd təsərrüfatı yeri (uqodiya), torpaq sahəsinin ölçüsü (hektar), icarə müddəti, torpaq sahəsinin faktiki istifadə vəziyyəti (istifadəsiz və ya qanuni istifadədə olması), otlaq (örüş) sahəsinin tutumunun heyvanların baş sayına uyğunluğu, torpaq sahəsinin su ilə təmin olunma vəziyyəti, otlaq sahəsində yerləşən müvafiq tikili və obyektlərin adı, sayı və mövcud istifadəyə yararlılıq vəziyyəti, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün quraşdırılacaq vacib kommunikasiyalar, müvəqqəti tikililər və qurğular), təsərrüfat fəaliyyətinin istiqamətləri (bitkiçilik, heyvandarlıq) və təsərrüfat fəaliyyəti nəticəsində əldə edilməsi proqnozlaşdırılan məhsuldarlıq göstəriciləri barədə məlumatlar (məhsulun illik istehsal həcmi (ton), heyvanların baş sayından əldə olunacaq artım (baş), heyvanların baş sayına görə artımla bağlı əlavə otlaq sahəsinə tələbat (hektar) ) öz əksini tapmalıdır.

Dəyişikliyin mahiyyəti kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə verən tərəf kimi rayon (şəhər) icra hakimiyyətlərinin və icarəyə götürən hüquqi fiziki şəxslərin məsuliyyətlərini artırmaqla icarə müqavilələrinin şərtlərinə uyğun torpaqlardan  yalnız kənd təsərrüfatı məqsədləri üçün daha səmərəli istifadə edilməsindən, torpaqların keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasından və qorunub saxlanılmasından, həmin torpaqların başqa məqsədlər üçün istifadəsinə yol verilməməsindən və onlar üzərində nəzarəti  gücləndirməklə kənd təsərrüfatının inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, kənd təsərrüfatlı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması və təyinatı üzrə istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Komitənin müfəttişləri tərəfindən mütəmadi olaraq yerlərdə monitorinqlər aparılır və bu sahədə aşkar edilən pozuntu hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi  təmin olunur.

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?