Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 mart tarixində, saat 10:30-da daşınmaz əmlakın qeydiyyatı ilə bağlı daha bir yenilik olan “Çıxarış və Arxivlərin Elektronlaşması” layihəsinin İctimai Təqdimatı keçiriləcəkdir. Tədbirdə komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında növbəti innovativ addım olan çıxarışların və daşınmaz əmlaklarla dair arxivlərin elektron müstəviyə keçirilməsi ilə bağlı görüləcək tədbirlər, bu yeniliyin vətəndaşlara və digər aidiyyəti qurumlara verəcəyi faydalarla bağlı təqdimat olacaqdır.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Elmlər Akademiyası metro stansiyasının arxası) keçiriləcəkdir.