Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin I rübün yekunlarına dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edib və qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənmiş, davamlı inkişaf dinamikası təmin edilmişdir. Bildirilib ki, komitə də, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda öz fəaliyyət istiqamətləri üzrə gördüyü işlərlə aparılan islahatlara öz töhfəsini verib. Bu istiqamətlər üzrə işlər Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələri” çərçivəsində görüləcək iş planlarında nəzərdə tutulmuş tədbirlər haqqında Fərmanının icrası sahələrində aparılmışdır.

Qeyd edilib ki, cari ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılmış, 294 monitorinq aktı təhlil edilmişdir. Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5000-ə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun 89.7%-i elektron qaydada qəbul olunub.

Özəlləşdirilmə prosesində xarici investorların geniş iştirakının təmin olunması məqsədi ilə komitə tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən 500-ə yaxın nüfuzlu xarici şirkətə, investisiya bankına, investisiya və pensiya fonduna özəlləşdirmə barədə tanıtım məktubları ünvanlanmış, onlar özəlləşdirmədə iştiraka dəvət olunmuşdur. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilmişdir. Forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanmışdır. Bildirilib ki, Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan 600 minə yaxın istifadəçi qeydə alınmışdır.

Görülən tədbirlər nəticəsində, 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilmiş, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilmişdir.

Müşavirədə bildirilib ki, elektron kadastr uçotu işləri yekunlaşmış, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə  daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə baəlanılmı. Və bu işlər ilin sonunadəktam yerinə yetiriləcəkdir. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq  küçə və prospekt formalaşdırılmış, 600 mindən artıq giriş ünvan nömrələri  Ünvan Reyestri İnformasiya Sisteminə  daxil edilmişdir.

Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Komitə tərəfindən də bir sıra işlər həyata keçirilir. Belə ki, 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülmüşdür. “Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilmişdir.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Respublika üzrə icarədə olan dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqların istifadə vəziyyəti göstərilməklə icarəçilərin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılmışdır.

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 140 hal üzrə inzibati protokollar tərtib edilmiş, bundan 85 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək Monitorinqlər zamanı pozuntu hallarının qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə qeyd olunub ki, ötən il daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqqının və rüsumların hesablanmasını onlayn şəkildə avtomatik həyata keçirən  “Əmlak Kalkulyatoru”ndan rüb ərzində istifadə edənlərin sayı 10 mindən çox olmuşdur. İlk 3 ay ərzində keçirilmiş 9 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxt rayonlarında, 7-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuş, 700-ə yaxın vətəndaş bu xidmət növündən yararlanmışdır.  2017-ci il ərzində ölkə üzrə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

Qeyd edilib ki, komitə bu dövr ərzində innovativ sahədə də müxtəlif proyektlər həyata keçirmişdir. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk rübündə 50 minə yaxın olmuşdur. Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk rübündə 45 minə yaxın çox müraciət daxil olmuş və cavablandırılmışdır. Komitə sədri bildiribki, Əmlak Məsələləri Dövlət Komitəsi keçən il olduğu kimi bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərginin keçirilməsi üzrə artıq hazırlıq işlərinə start verilib.

Cari ilin I rübü ərzində regionlarda 3 vətəndaş qəbulu keçirilmiş, 29 vətəndaş qəbuledilərəkmüraciətlərinə baxılmışdır.

Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verilib. Qeyd edilib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində operativ fəaliyyət göstərilməlidir.  Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə aparılan işlər genişləndirilməlidir. Regionlarda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa töhfə verə biləcək müəssisələrin özəlləşdirilməsi üçün investorların cəlb edilməsi üçün işlər sürətləndirilməlidir. Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin səmərəli fəaliyyətinin qiymətləndirilməsi qaydasının hazırlanması ilə bağlı beynəlxalq təcrübə araşdırılmalıdır. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində işlər daha keyfiyyətli və operativ şəkildə həyata keçirilməlidir. Komitənin vətəndaşlara göstərdiyi xidmətlər üzrə məmnunluq səviyyəsi maksimum təmin olunmalıdır.