Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 14 iyul 2017-ci il tarixdə Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şəmkir ilə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda yuxarıda qeyd olunmuş Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:    

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 12 saylı ərazi şöbəsi: (2229)  5-17-96,  (2230) 2-33-71

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı ərazi idarəsi: (02230) 5-35-90, (02232) 6-01-54

Eyni zamanda vətəndaşlar  Qazax r. H.Əliyev küç., 75 və Şəmkir şəhəri, AZ 5700, H.Əliyev prospekti, 13 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.