Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 09 iyun 2018-ci il tarixinə keçirilmişdir. Vətəndaş qəbulu saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsi:

(02028) 5-64-64, (02420) 5-23-00

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi:

(02420) 5-28-88, (02028) 5-35-05

 

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?