Kütləvi informasiya vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən media nümayəndələri üçün 8 avqust tarixində “Elektron əmlak idarəçiliyi: informasiya sistemləri və elektron xidmətlər” adlı info-tur təşkil olunacaq.

Tədbirdə əmlak idarəçiliyi məkanında tətbiq edilən informasiya sistemləri, elektron xidmətlər canlı olaraq nümayiş etdiriləcək, onların fəaliyyət mexanizmi və üstünlükləri ilə bağlı media nümayəndələri məlumatlanacaqlar. Eyni zamanda gələcəkdə həyata keçiriləcək yeni iri layihələr, onların iş prinsipi əyani olaraq göstəriləcək.    

İnfo-tur 8 avqust, saat 11:00-da Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?