Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Ölkəmizdə ünvan tapmaq işi daha da sadələşir, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanır, ünvanların elektron idarə edilməsinə nail olunur. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib. Bu məqsədlə komitə dekabrın 6-da geniş İctimai Təqdimat keçirəcək. Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur.

İctimai Təqdimat saat 10:30–da Excelsior Hotelinin Afurja zalında (Bakı şəhəri, Heydər Əliyev prospekti,2) keçiriləcək.

Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?