“20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilib

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, müasir tariximizin səhifələrinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi. 1990-cı ilin 19-20 yanvar tarixlərində totalitar Sovet rejiminin süqutu ərəfəsində dinc əhaliyə qarşı tutduğu divan, yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi və yaralanması ilə nəticələnən hadisələr imperiyanın cinayətkar mahiyyətini bütün dünyaya bəyan etdi. Faciə günü ölkəsinin azadlığı, şərəf və ləyaqəti üçün canından keçməyə hazır olan Azərbaycan övladları əlisilahlı sovet ordusunun cəza tədbirlərinə məhəl qoymadan pozulmuş hüquqların və suverenliyin bərpası uğrunda  şəhidlik zirvəsinə ucaldılar. Beləcə, 20 Yanvar ölkənin müstəqillik və azadlıq mübarizəsində xalqın birlik, qəhrəmanlıq salnaməsinə çevrildi.

Qeyd edilib ki, keçmiş sovet hərb maşınının ölkəmizdə həyata keçirdiyi cinayətə 1993-cü ilə kimi hakimiyyətdə olan şəxslərdən heç biri hü­qu­qi-siya­si qiy­mə­tin ve­ril­mə­si üçün təd­bir gör­mə­di. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu öndər təzyiq və təqiblərə baxmayaraq 20 yanvar faciəsinin törədilməsində məsuliyyət daşıyanları ictimaiyyətə tanıtdırdı, bütün dünyanın gözü qarşısında xalqın faciəsində məsuliyyət daşıyanları ittiham etdi. Ümummilli lider Heydər Əliyev rep­res­si­ya ma­şı­nı­nın sərt formada işə düş­dü­yü bir vaxtda re­ji­mi­n ger­çək si­ma­sı­nı açaraq keç­miş SSRİ və res­pub­li­ka rəh­bər­li­yi­nə, eləcə də aparılan an­nek­si­ya si­ya­sə­ti­nə qə­ti eti­ra­zı­nı ifa­də et­di, xal­qı­mı­zın su­ve­ren hü­quq­la­rı­na qəsd olun­du­ğu­nu bil­dir­di. Bununla da o ölkə qarşısında cəsarətini, mərdliyini, müdrikliyini bir daha sübut etdi, dərin sarsıntı içində olan xalqına dəstək oldu.

Vurğulanıb ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev Ulu Ön­də­ri­mi­zin si­ya­sə­ti­ni bu gün la­yi­qin­cə da­vam et­di­rir. Be­lə ki, döv­lət baş­çı­sı tə­rə­fin­dən 1990-cı il yan­var ayın­da fa­ci­ə­li ha­di­sə­lər za­ma­nı Azər­bay­can Res­pub­li­ka­sı­nın su­ve­ren­li­yi uğ­run­da hə­lak olan­la­rın əziz xa­ti­rə­si da­im yad edi­lir. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­denti cə­nab İl­ham Əli­yev tərəfindən şə­hid ai­lə üzvlə­ri­nin so­si­al mü­da­fi­ə­si­ni güc­lən­dir­mək və on­la­ra döv­lət qay­ğı­sı­nı ar­tır­maq məq­sə­di­lə mü­va­fiq Fər­manla  "20 Yan­var şə­hi­di­nin ai­lə­si üçün Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin tə­qa­ü­dü" tə­sis edilmişdir.

Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə bildirib ki, keç­miş SSRİ rəh­bər­li­yi­ tərəfindən Azər­bay­can xal­qı­nın yenilməz iradəsini qırmaq, de­mok­ra­ti­ya və azadlıq uğ­run­da mü­ba­ri­zə­si­ni boğ­mağa yönələn bu aman­sız cinayət nə­ti­cə­sin­də 1990-cı il yan­va­rın 19-dan 20-nə ke­çən ge­cə Ba­kı­da gö­rün­mə­miş vəh­şi­lik­lər baş verdi. Gü­nah­sız insanlar, o cüm­lə­dən uşaq­lar, qo­ca­lar və qa­dın­lar qət­lə ye­ti­ril­di, yüz­lər­lə adam müx­tə­lif də­rə­cə­li bə­dən xə­sa­rə­ti al­dı. 20 Yan­var­dan son­ra­kı gün­lər­də də Ba­kı­da qır­ğın davam et­di­ril­di. So­vet qo­şun­la­rı­nın tə­ca­vü­zü nə­ti­cə­sin­də Ba­kı­da 134 mül­ki və­tən­daş öl­dü­rül­müş, 600-dən çox adam ya­ra­lan­mış­dı. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­lə­ri, 20-dən çox qa­dın, uşaq var idi.

Digər çıxış edənlər bildirdilər ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.

Azər­bay­can xal­qı 20 Yan­var şə­hid­lə­ri­nin xa­ti­rə­si­ni da­im əziz tu­ta­caq, on­la­rın fə­da­kar­lıq­la­rı xal­qın yad­da­şın­dan heç za­man si­lin­mə­yə­cək.

  

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?