Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi may ayında Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək.

Ardını oxu...

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi açıq və şəffaf hərraclarda hər kəsin rahat iştirakı təmin olunur. Hərraclara sənaye, aqrar, inşaat, xidmət və digər sahələr üzrə cəlbedici dövlət əmlakları çıxarılır. İnvestorlar geniş seçim və rahat iştirak imkanlarından istifadə edərək ölkənin müxtəlif regionlarında yerləşən dövlət əmlaklarını özəlləşdirə bilir.

Ardını oxu...

Mobil torpaq laboratoriyaları yerlərdə: Xaçmazda torpaq analizləri birbaşa təsərrüfatlarda aparılıb

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların keyfiyyətinin birbaşa əkin sahələrində və yerlərdə müəyyən edilməsi ilə bağlı işlərini davam etdirir. Bu işlər komitənin mobil torpaq və bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, mayın 17-də mobil torpaq laboratoriyaları Xaçmaz rayonun bir neçə kəndində olan fermer təsərrüfatı ərazilərində olub, birbaşa sahələrdə analiz aparıb.

Ardını oxu...

Abşeron rayonu, Novxanı qəsəbəsi sakinlərinə daşınmaz əmlakın qeydiyyat xidmətləri daha yaxın oldu

Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin əhaliyə çatdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi səyyar kampaniyaları davam etdirir. Xidməti vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası ilə bütün qeydiyyat xidmətləri regional ofislərə getmədən göstərilir. Bununla da vətəndaşlar ünvanlarında sürətli və rahat şəkildə göstərilən mobil xidmətlərdən yararlanırlar.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?