Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynamışdır.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər və prosedurların sadələşdirilməsi bu sahəyə vətəndaş marağını artırmaqdadır

Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələrində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb. Qeydiyyat xidmətləri əhaliyə daha da yaxınlaşır, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində elektron mühitin sferası genişlənir.

Mühüm yeniliklərdən biri, vətəndaşların qeydiyyat prosedurlarını sadələşdirən elektron çıxarışın tətbiqi oldu. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən çıxarışların elektron şəkildə verilməsi prosesi həyata keçirilir. Elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Qeyd edilməlidir ki, hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-a yaxın, o cümlədən Bakı şəhəri üzrə isə 330-a yaxın elektron çıxarış hüquq sahiblərinə təqdim edilir.

Ardını oxu...

Daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərdən biri də daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvidir. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ varsa, həmin hüquq dövlət qeydiyyatına alınmalıdır. İcarə və ya istifadə müqaviləsi üzrə tərəflərdən biri bu hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə verə bilər. Dövlət orqanları, yerli özünüidarəetmə orqanları, o cümlədən hüquqi və fiziki şəxslər xidmətlərdən istifadə etmək üçün  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə və Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilər.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?