“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasından yenilik: həftə ərzində 2 rayonun 5 kənd sakinlərinə qeydiyyat xidmətləri göstəriləcək

Ölkə vətəndaşlarının mülkiyyət hüquqlarını rahat formada həyata keçirməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilmə formatını dəyişməklə xidmətləri daha əlçatan edir. Sosial aksiya əhalinin bilavasitə ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır. Xidmətlərin birbaşa kənd və qəsəbələrə gətirilməsi ilə sakinlər əlavə məsafə qət etmədən qeydiyyat üçün müraciət edir. Bölgələrdə yaşayan vətəndaşların daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən istifadəsini daha da optimallaşdırmaq məqsədilə artıq sosial kampaniya həftə ərzində fərqli ərazilərdə keçiriləcək.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi daha bir beynəlxalq təşkilatın üzvü oldu

Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) üzv oldu. Belə ki, Federasiyanın Vyetnamın Hanoy şəhərində keçirilən Baş Assambleyasında Azərbaycanda torpaq sahələrində mərzçəkmə işinin təşkili və aparılmasını təmin edən qurum kimi komitə Federasiyaya üzv seçildi. Bununla komitə mərzçəkmə sahəsində həyata keçirilən beynəlxalq təcrübələrdə yaxından iştirak edəcək, peşəkar kadr potensialı daha da təkmilləşəcək.

Federasiyanın fəaliyyəti daşınmaz əmlak idarəçiliyinin bütün sahələrini əhatə edən 10 peşəkar komissiya tərəfindən həyata keçirilir. Onların 8-də komitənin müvafiq nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. Həmin komissiyalar “Peşəkar standartlar və praktika”, “Peşəkar təhsil”, “Məkan məlumatlarının idarəedilməsi”, “Koordinat yerləşmələri və ölçmələr”, “Mühəndis tədqiqatları”, “Kadastr və torpaq idarəçiliyi”, “Məkan planlaşdırılması və inkişaf”, “Qiymətləndirmə və daşınmaz əmlakın idarəedilməsi” sahələrini əhatə edir.

Ardını oxu...

Hərracda rahat iştirak və geniş seçim: 102 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən hərrac xidmətlərində vətəndaşların fiziki iştirakına ehtiyac qalmır. Hər kəsin olduğu məkanı tərk etmədən dövlət əmlaklarının özəlləşdirməsində iştirakı təmin edilir. İnternet üzərindən seçim və sifariş prosedurlarının yerinə yetirilməsi, o cümlədən hərracda onlayn iştirak imkanları rahatlığı təmin edir, vaxt itkisini aradan qaldırır.

Komitənin keçirdiyi hərraclara çıxarılan dövlət əmlakları yerləşdiyi ərazi, sahə, təyin olunan hərrac qiyməti və digər xüsusiyyətlər baxımından müxtəlifdir. Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyunun 11-i keçiriləcək. Fərqli sahələr üzrə ümumilikdə 102 dövlət əmlakı budəfəki hərraca çıxarılıb. Qeyd edək ki, onlardan 40-ı kiçik dövlət müəssisə və obyekti, 19-u qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsi, 6-sı isə yarımçıq tikilidir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?