Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin regionlarda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişilmişdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 25 may tarixinə keçirilmişdir.

Ardını oxu...

Bu günə qədər keçirilən ən geniş mobil qeydiyyat xidməti: 52 binanın 2522 sakinindən ünvanda ilkin sənədlər toplanılır

Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək keçirilən ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır. Belə ki, vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin edilməsi, xidmətlərdə əlavə təmasın olmaması, o cümlədən qeydiyyat xidmətlərinin birbaşa olaraq vətəndaşlara çatdırılması istiqamətində işlər intensiv xarakter almaqdadır. Qeydiyyat xidmətlərinin ünvanda göstərilməsi vətəndaş məmnunluğunun atırılmasına yönəlib. Bu məqsədlə mayın 8-dən etibarən Abşeronun Masazır qəsəbəsində yerləşən "İlin dörd fəsli Mənzil-Servis" MTK-ya məxsus yeni inşa edilmiş bina sakinlərinə yaşadıqları məkanda səyyar xidmət göstərilir. Vətəndaşların arzusunda olduğu çıxarışın əldə olunması üçün onlardan ilkin sənədlər toplanır.  Bu kampaniya mayın 15-nə kimi davam edəcək.

Ardını oxu...

Səyyar qeydiyyat xidmətləri bu həftə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində göstərilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə kənd və qəsəbələrdə sosial kampaniyaların keçirilməsi ilə daşınmaz əmlakın qeydiyyatı xidmətləri vətəndaşlara daha rahat formada göstərilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 8-10 may tarixlərində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində keçiriləcək. Çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsində könüllülər və gənc kadrlar üçün “Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri” adlı tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 8 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyi ilə əlaqədar könüllülər və gənc kadrlar üçün “Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri” adlı tədbir keçirilib.

Məqsəd müasir təfəkkürlü gənclərə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mülkiyyət islahatlarından bəhs etmək, həmçinin inkişaf yolunda irəliləyən bu sahənin hazırki vəziyyəti, tətbiq edilən innovativ addımlar haqqında informasiya vermək, əmlak idarəçiliyi sahəsində yeni nəslin fikirlərini müəyyənləşdirmək də əsas vəzifələrdəndir.  

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?