Hərracda 16 sifarişçi iştirak etdi, 12 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 may tarixində növbəti hərrac keçirilib. Vətəndaş fəallığı ilə keçən hərracda dövlət əmlakları rəqabətli mühit yaradıb. Belə ki, 12 dövlət əmlakı üzrə ümumilikdə 16 sifariş verilib. Onlar arasında kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri var. Özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Qazax, Gəncə və Sumqayıt kimi şəhər və rayonlarda yerləşir.

Ardını oxu...

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada səyyar xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı işlər daha da genişlənib. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini insan amilinin gücləndirilməsi istiqamətində həyata keçirir. Komitə buna uyğun olaraq “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada- vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərib. Belə ki, mayın 7-də Bakının Nərimanov rayonunda yerləşən istismara icazə verilmiş yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplandı.

Ardını oxu...

İyunun ilk hərracı: 85 dövlət əmlakı özəlləşmədə

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirak üçün fürsətlər yaradır. Müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri, kiçik müəssisələr və digər dövlət obyektlərinin hərraca çıxarılması iştirak etmək istəyənlərə geniş seçim imkanı vəd edir. Komitə tərəfindən belə hərraclardan biri 04 iyun tarixində keçiriləcək. Budəfəki özəlləşdirmə prosesinə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Ardını oxu...

“Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 3-də “Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum keçirilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak ediblər. 

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?