Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşmə sahəsində tətbiq edilən yeniliklər investorların rahatlıqla biznes mühitində iştirakını təmin edir. Ölkəmizdə özəlləşdirilmə prosedurlarının sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədən bu sahədə onlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların cəlb edilməsinə geniş imkanlar yaradır. Özəlləşmə xidmətlərinə olan əlçatanlıq artırılır. Komitənin 41 xidmətindən 10-u özəlləşmə sahəsinə aiddir. Qeyd edilməlidir ki, daha çox bu sahədə praktiki xidmətlər elektronlaşdırılıb.

Ardını oxu...

Dövlət əmlakları rəqabət yaratdı: 30 aprel hərracının nəticə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda bütün investorlar rahatlıqla iştirak edərək əmlak sahibi ola bilər. Elektron hərrac sistemi ilə bütün növ dövlət əmlaklarının özəlləşdirilməsinə istənilən yerdən onlayn formada qoşulmaq mümkündür. Bu iştirak imkanları hərraclara marağı artırır, özəlləşdirmə prosesində rəqabət və vətəndaş məmnuniyyətini təmin edir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Kürdəmir şəhərində vətəndaş qəbulu keçirdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da sakinlərin müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan sakinlərin də müraciətlərinə baxılıb.

Ardını oxu...

İpotekanın dövlət qeydiyyatına alınması və ləğvi: xidmət prosedurları elektron formada həyata keçirilir

Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı dedikdə, onun ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatına alınması zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?