Əmlak Xidmətləri Məkanı müasir, şəffaf və çevik xidmətin ünvanıdır: 50 minə yaxın vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb

Əmlak Məsələləri Dövlət Komitəsi mütərəqqi idarəetmə metodlarının, informasiya texnologiyalarının tətbiqi ilə göstərilən xidmətlərə olan əlçatanlığı artırır. Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Belə ki, ilin əvvəlində istifadəyə verilən Əmlak Xidmətləri Məkanı yeni idarəetmə üsulu ilə xidmətləri vətəndaşlara daha səmərəli, çevik və şəffaf formada çatdırır. Artıq Gəncə və Xaçmazda da Məkanın açılması nəzərdə tutulur.

Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Kürdəmir rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 aprel, 2019-cu il tarixində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, növbəti vətəndaş qəbulu 29 aprel tarixində, Kürdəmir rayonunda, Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.

Ardını oxu...

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara qoşulma prosedurlarının elektron formada tətbiqi birbaşa olaraq vətəndaş məmnunluğuna yönəlib. Seçim, müraciət, sifariş, o cümlədən hərracda iştirakın onlayn təqdim edilməsi vətəndaşların sürətli və rahat formada hərrac xidmətlərindən istifadəsini təmin edir. Hərraca çıxarılan dövlət əmlaklarının ərazi, qiymət, sahə müxtəlifliyi hər bir şəxs üçün istəyinə uyğun obyekti seçmək imkanı yaradır.

Ardını oxu...

İnvestorlar 21 may hərracında hansı dövlət əmlaklarını özəlləşdirə bilər

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərraclarından biri 21 may tarixində keçiriləcək. Budəfəki hərraca 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılıb. Səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Səhmdar cəmiyyətləri paytaxt, Sumqayıt, Salyan, Bərdə kimi şəhər və rayonlarda yerləşir. Bu dövlət əmlaklarının fəaliyyət istiqamətləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Belə ki, səhmdar cəmiyyətlərindən 8-i inşaat sektoru, 6-sı aqrar sektor, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?