Mayın 29-u bir neçə investorlar üçün biznes başlanğıcı oldu: hərracın nəticələri

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 29-da növbəti hərrac keçirilib.

Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 5-i isə qeyri-yaşayış sahəsi olub. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakı şəhərində, Yardımlı və Cəlilabad rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 118 kv.m, paytaxtın Sabunçu rayonunda yerləşən 51 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Cəlilabadda yerləşən Əmlak kompleksi də investor üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 225,3 kv.m, torpaq sahəsi isə 8285,9 kv.m təşkil edir. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır. Qeyd edilməlidir ki, həmin  əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 1-i Bakının Nərimanov rayonunda, digərləri isə Sumqayıt və Bərdə şəhərlərində yerləşir. Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 117.4 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıt şəhərində yerləşən ümumi faydalı sahəsi 30 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 4 iyun tarixində keçiriləcək. İştirak etmək istəyən şəxslərin hərracda 85 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Seçim etmək və hərracda iştirak statusu qazanmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

 

“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” xidməti elektron formatda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə göstərilən xidmətlərdən biri də “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) hərraclarda satışı” adlanır. Bu xidmət Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik dövlət müəssisələrinin (obyektlərinin) nizamnamə kapitalının ( ilkin (start) qiymətinin) 85%-nin üzərində mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı hərracların keçirilməsini əhatə edir.

Ardını oxu...

Bu ildə daha 5 rayonda, ümumilikdə 35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşıb.

Ölkənin torpaq balansı dəqiqləşir, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, o cümlədən torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Nəticədə vətəndaşlara məxsus torpaqların sahəsi bilinir,  torpaq istifadəçiliyi ilə bağlı düzgün qərarlar qəbul edilir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı torpaqların elektron kadastr uçotu nəticəsində reallaşır.

Ardını oxu...

Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanı

Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Torpaq sahələrində mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidməti Əmlak Xidmətləri Məkanında göstərilir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması xidməti barədə məlumatlısınızmı?