Əmlak Məsələləri Dövlət Komitəsi BMT Avropa İqtisadi Komissiyasının tədbirinə sədrlik etmişdir

Məlumat verildiyi kimi, Cenevrə şəhərində yerləşən BMT-nin Avropa üzrə mənzil-qərargahında BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin 75-ci Sessiyası keçirilmişdir. Azərbaycan Respublikasını Sessiyada Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Qeyd edilməlidir ki, BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə hökumətlərarası İşçi Qrupuna, eləcə də onun Bürosuna 2013-cü ilin mart ayında regiona daxil olan 56 üzv dövlətin açıq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrlik edir.

Sessiyada Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyası, sözügedən komitə tərəfindən son bir il ərzində həyata keçirilən tədbirlər, Avropa İqtisadi Komissiyası regionu üçün 2014-2020-ci illər üzrə Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyası və Tədbirlər Planının icra vəziyyəti nəzərdən keçirildi, habelə aidiyyəti mövzularda ölkə təqdimatları dinlənildi. Qeyd edilməlidir ki, Avropa İqtisadi Komissiyası özündə bütün Avropa dövlətlərini, keçmiş SSRİ ölkələrini, Şimali Amerika materikinə daxil olan Amerika Birləşmiş Ştatları və Kanadanı, eləcə də İsrail və qardaş Türkiyə də daxil olmaqla 56 üzv dövləti birləşdirir.

Ardını oxu...

Vətəndaşların əmlak məsələləri ilə bağlı qaynar xəttə olan müraciətləri operativ həll olunur, hüquqi məsləhətlər verilir

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş müraciətlərinin qəbulu, çevik cavablandırılması, müraciətlərin araşdırılması və həlli işini daim diqqətdə saxlayır. Bu məqsədlə Komitədə 193, 148 və 566-07-44  nömrəli qaynar xətlər fəaliyyət göstərir. 193 saylı qaynar xətdə dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, 148 saylı qaynar xətdə vətəndaşlara aid daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, 566-07-44  nömrəli qaynar xətdə isə özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallar cavablandırılır.

2014-cü il ərzində Komitənin hər 3 qaynar xətti vasitəsilə ümumilikdə 1700-ə yaxın vətəndaş müraciəti qəbul edilib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olmaqla, daha çox daşınmaz əmlakın qeydiyyatı sahəsində hüquqi yardım və məsləhətlərin alınması, komitənin elektron və onlayn xidmətləri ilə bağlı olub.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 sentyabr 2014-cü il tarixində Şabran şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Şabran, Xızı, Siyəzən, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edib. Vətəndaşların qəbulu Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edib. Komitə sədri onların müraciətlərinə baxıb, təklif və xahişlərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşların bir qismi onlara ayrılmış torpaq sahələrinin, bir qismi yaşadıqları fərdi həyət evləri və mənzillərinin, digər qismi isə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə əlaqədar müraciət ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şabranda vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 26 sentyabr 2014-cü il tarixində Şabran rayonunda növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Şabran, Xızı, Siyəzən, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi:

(023) 325 00 17, (023) 325 00 18


 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?