Almaniyanın daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi qurumunun nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuşdur

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Bu əlaqələr, əsasən, qeyd olunan sahələrdə informasiya və metodiki təminatın gücləndirilməsi, təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı səfərlərin təşkili və digər istiqamətləri əhatə edir.

Bu baxımdan, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz vəzifə və funksiyaları çərçivəsində Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsi ilə mövcud əməkdaşlığı uğurla davam etdirir. VIII Baş İdarə Almaniya Federativ Respublikasında sənaye müəssisələri və federal daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumudur. 

Ardını oxu...

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı elektron xidmətlərin təqdimatı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 12 sentyabr 2014-cü il tarixində “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda İctimai Təqdimat keçirib.

Tədbirin məqsədi  dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində tətbiq edilən müasir yanaşmaları və elektron xidmətləri, o cümlədən illik xüsusi hesabat formalarının elektron qəbulu və həyata keçirilən elektron hərracları ictimaiyyətə açıqlamaqdır. Həmçinin onların mahiyyət və faydaları, şəffaflığın daha yüksək səviyyədə rolu barədə ictimaiyyəti məlumatlandırmaq da tədbirin məqsədlərindəndir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin mərkəzi aparatı, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, aidiyyəti dövlət qurumlarının, ictimai birliklərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Ardını oxu...

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

12 sentyabr 2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri üçün “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda İctimai Təqdimat keçiriləcək. Tədbirin məqsədi  dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində tətbiq edilən müasir yanaşmaları və elektron xidmətləri, o cümlədən illik xüsusi hesabat formalarının elektron qəbulu və həyata keçirilən elektron hərracları ictimaiyyətə açıqlamaqdır. 

Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələrinin 12 sentyabr 2014-cü il tarixində saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında olmaları xahiş olunur.

Ünvan: Bakı şəhəri, AZ 1073, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (Elmlər Akademiyası metrosunun arxası).

Əlaqə telefonu: (012) 490 24 08 (daxili 157), (050) 235 30 33

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatının inkişafı və vətəndaş məmnunluğunun artırılması istiqamətində növbəti tədbirlər keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir prinsiplərlə inkişafı, vətəndaş məmnunluğunun artırılması və sosial yönümlülüyün gücləndirilməsi istiqamətində növbəti tədbirləri həyata keçirib. Belə ki, komitə 01 sentyabr 2014-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqanda yerləşən 6 saylı  ərazi idarəsinin yeni inşa edilmiş inzibati binasının açılışını edib. Yeni inzibati bina vətəndaşlara daha rahat, şəffaf, çevik və müasir xidmətlərin göstərilməsi məqsədilə tikilib. Həmin gün ərazi idarəsində eyni vaxtda paralel olaraq respublikanın bütün bölgələrində mobil ofis xidmətlərinin göstərilməsi məqsədilə alınmış yeni avtonəqliyyat vasitələrinin təqdimatı olub. Həmçinin, eyni gündə vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü-vətəndaş forumu və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi maarifləndirmə seminarı keçirilib.

Komitənin eyni gündə keçirdiyi dörd tədbirdə komitə rəhbərliyi, ərazi idarəsinin əməkdaşları və mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov qeyd edib ki, keçirilən belə tədbirlər vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi və sosial məmnunluğun artırılması istiqamətində görülən işlərin davamıdır. Bu istiqamətdə komitənin önəm verdiyi ən mühüm məsələ fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?