Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qaxda keçirdiyi qəbulda vətəndaşların müraciətlərinə baxıb


Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulları keçirir, onları dinləyir, müraciət etdikləri məsələlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul avqust ayının 22-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Qax şəhərində keçirilib. Qəbulda Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaş qəbulu Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda iştirak edən vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri onların müraciətlərini, təklif və xahişlərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşlar əsasən xüsusi mülkiyyətdə olan daşınmaz əmlakları üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət ediblər. Belə ki, onlardan bir qismi onlara müvafiq qurum tərəfindən ayrılmış və ya alqı-satqı ilə əldə etdikləri torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Bir qismi yaşadıqları fərdi həyət evləri və mənzilləri, digər qismi isə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar müraciət ediblər.

Ardını oxu...

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsində müasir yanaşmalar və şəffaflıq prinsipləri tətbiq edilir

Əmlak Məsələləri Dövlət Komitəsi son illər dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi,  müasir əsaslarla inkişafı, optimal idarəetmə metodlarının tətbiqi, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində bir sıra nəticələr əldə edib. Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının qorunub saxlanması, idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq fərmanının icrası ilə bağlı müntəzəm tədbirlər görülür. Dövlət əmlakının qorunması və istifadə vəziyyəti ilə əlaqədar hesabatların qəbulu prosedurları sadələşib və tamamilə elektronlaşıb. Belə ki, komitənin elektron xidmətlər portalında dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasının elektron qəbulu ilə bağlı e-xidmət fəaliyyət göstərir. Bu xidmət dövlət müəssisə və qurumlarına xüsusi hesabat formalarını artıq elektron şəkildə təqdim etmək imkanı yaradıb. Bununla da, əvvəllər bu prosesə sərf olunan vaxta böyük qənaət olunub, belə hesabatları vermək üçün komitənin ərazi şöbələrinə gediş-gəlişlərə ehtiyac qalmayıb.

2014-cü ilin ilk 6 ayında 2080-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması elektron xidmət vasitəsilə təqdim edilib.

Dövlət əmlakı idarəçiliyi sahəsində elektron xidmətlər ilə bərabər, müasir yanaşma və üsulların, optimal və şəffaf idarəetmə metodlarının tətbiqi ilə bağlı tədbirlər də həyata keçirilir. Müasir idarəçilik prinsipləri və mexanizmləri əsasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, bu sahədə müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin qurulması təmin edilir.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qaxda vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 22 avqust 2014-cü il tarixində Qax şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı (Şəki) ərazi idarəsi: (2424) 4-26-20, 4-25-92

Əmlak Məsələləri Dövlət Komitəsi Xaçmazda “Açıq qapı” günü və hüquqi maarifləndirmə tədbiri keçirib

08 avqust 2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü-vətəndaş forumu və hüquqi maarifləndirmə tədbiri keçirilib.

“Açıq qapı” gününün təşkilində başlıca məqsəd ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır.

Qeyd edək ki, komitə tərəfindən bu tədbir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Açıq qapı” günündə vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini izləmək və yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, qeydiyyat prosedurları, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib və izah edilib. Bildirilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək səviyyədə şərait yaradılıb. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zallarında elektron növbəlilik aparatı quraşdırılıb. Vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?