Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunun yüksəlməsi istiqamətində fəaliyyətini gücləndirir

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Aparılan sosial siyasətin mahiyyətini insan amilinin hər şeydən önə çəkilməsi, onun rifahının və maddi-mənəvi inkişafının yüksək təmin olunması, maddi kapitalın insan kapitalına çevrilməsi təşkil edir. Ölkə başçısı qeyd olunan prinsiplərin reallaşması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi tələbləri önə çəkib. Bu səbəbdən, ölkə prezidenti tərəfindən bu məsələlər daim diqqət mərkəzindədir, bununla əlaqədar olaraq, dövlət orqanlarına mütəmadi şəkildə tapşırıqlar və göstərişlər verilir, belə tapşırıqların icrası nəzarətdə saxlanılır.

 Əmlak Məsələləri Dövlət Komitəsi də, dövlət orqanı kimi, qarşıya qoyulan tələbləri yerinə yetirməklə ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir.

Ölkə başçısının tapşırıq və göstərişlərinin icrası məqsədilə, komitə tərəfindən dövlət əmlakının özəlləşdirilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində müntəzəm tədbirlər həyata keçirilir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu, ictimai agahlıq və maarifləndirmə kimi məsələlər komitənin fəaliyyətində mühüm prinsiplər kimi daim önə çəkilir.

Ardını oxu...

Hərraclarda elektron xidmətlərin tətbiqi genişləndirilir


Azərbaycan Respublikası Prezidenti tərəfindən vətəndaşlara şəffaf və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı dövlət orqanlarına ciddi tapşırıqlar verilib. Prezidentimiz əsas tələblər kimi vətəndaşlara göstərilən xidmətlərin elektron formaya keçirilməsi, vətəndaş-məmur münasibətlərinin müasir üsullarla aparılmasını irəli sürüb.

Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı, dövlət əmlakının özəlləşdirilməsi sahəsində də şəffaflığın və operativliyin təmin olunması, elektron əmlak idarəçiliyi sisteminin qurulması məqsədilə davamlı tədbirlər həyata keçirir. Müasir informasiya texnologiyaları tətbiq edilir və bu istiqamətdə işlər sürətlə genişləndirilir.

Bu tapşırıqlardan irəli gələrək komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Bu il komitə yeni elektron xidmətlər istifadəyə verib. Elektron xidmətlər sahəsində komitənin həyata keçirdiyi növbəti tədbir dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlərin qəbulunun elektron müstəviyə keçirilməsidir. Məqsəd özəlləşdirmə prosesində müasir yanaşmaları, modern xidmətləri önə çəkmək və getdikcə tətbiqini genişləndirməkdir.

Ardını oxu...

Dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı Layihənin Təqdimatı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 25 iyul 2014-cü il tarixində dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Layihənin Təqdimatı keçirilib.

Dövlət əmlakı idarəçiliyi ilə bağlı həyata keçirilən tədbirlərin məqsədi müasir dövrdə dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, daşınmaz əmlak bazarının inkişaf etdirilməsi, bu sahədə müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin təmin edilməsidir. Eyni zamanda, bu tədbirlər dövlətə məxsus daşınmaz əmlakın idarə və istifadə edilməsini dəstəkləyən etibarlı, şəffaf və səmərəli idarəetmə sistemini təmin etmək, insan resursları strategiyası və insan resurslarının sistemləşdirilməsini təkmilləşdirmək məqsədini daşıyır. Bütün bunlara isə modern yanaşmaların, qabaqcıl dünya ölkələrinin təcrübəsinin, informasiya-kommunikasiya texnologiyalarının və müasir idarəçilik prinsipləri və mexanizmlərinin tətbiqi ilə nail olunur.

Təqdimatın təşkilində başlıca məqsəd isə qeyd olunan tədbirlərin dövlət əmlakı idarəçiliyində əhəmiyyəti və iqtisadi səmərəsini, bu sahədə əldə olunmuş nəticələri və gələcək inkişaf meyllərini ictimaiyyətə açıqlamaqdır.

Təqdimat tədbirində Əmlak Məsələləri Dövlət Komitəsinin mərkəzi aparatı və struktur qurumları olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılma Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, komitənin regional şöbələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi 2014-cü ilin birinci yarımilliyində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş sözü ilə müşavirəni açıq elan edib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqların icrası, şəffaflığın təmin edilməsi, fəaliyyət sahələri üzrə nailiyyətlərin artırılması istiqamətində tədbirlər davam etdirilib. Vurğulanıb ki, şəfafflıq və ictimai maarifləndirmə, modern və səmərəli əmlak idarəçiliyi, sosial məmnunluq və yüksək xidmət keyfiyyəti kimi məsələlər komitə üçün daim prioritet təşkil edir. Məhz bu səbəbdən, qeyd olunan ümdə məsələlərin təmin olunması məqsədilə, ötən dövr ərzində mütərəqqi idarəetmə sisteminin, müasir mexanizmlərin və optimal elektron xidmətlərin tətbiqi genişləndirilib.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?