Regionlarda istifadəyə verilən yeni ərazi idarələri daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu artırır

10 iyul 2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdədə yerləşən 7 saylı ərazi idarəsinin yeni inzibati binasının açılışı olub. Açılışda komitə rəhbərliyi, ərazi idarəsinin əməkdaşları və mətbuat nümayəndələri iştirak edib. Bu gün, eyni zamanda, ərazi idarəsində vətəndaşlar, maraqlı tərəflər və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “açıq qapı” günü keçirilib. “Açıq qapı” gününün təşkilində məqsəd ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurların əyani çatdırılması, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarının cavablandırılması, qeydiyyat prosesinin video və foto çəkilişlərlə birbaşa işıqlandırılmasıdır.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov açılış nitqi ilə çıxış edib. O bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq fəaliyyət sahələri üzrə sosial məmnunluğun təmin olunması məqsədilə müntəzəm tədbirlər həyata keçirir. Bu istiqamətdə komitənin önəm verdiyi ən mühüm məsələ fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, rahat və çevik xidmətlərin təqdim olunmasıdır.

Qeyd olunub ki, bu gün əhalinin istifadəsinə verilən Bərdə ərazi qeydiyyat idarəsinin yeni inzibati binası da qeyd olunan tədbirlərin davamıdır. Bərdə, Tərtər, Ağdam, Goranboy rayonları və Naftalan şəhərini əhatə edən Ərazi İdarəsinin yeni inzibati binası müasir xidmət standartlarına və tələblərinə tam cavab verir. Binanın tikintisinə 2013-cü ilin sentyabr ayından başlanılıb və tikinti işləri 01 iyun 2014-cü ildə başa çatdırılıb. Sahəsi 745 m2 olan ərazi idarəsinin inzibati binası 3 mərtəbədən ibarətdir. Yeni tikilidə 20 xidməti otağı və akt zalı vardır.

Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mobil ofislər iyul ayında şimal bölgəsində vətəndaşlara xidmət göstərəcək


Əmlak Məsələləri Dövlət Komitəsi mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətləri əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırır.

İyul ayı ərzində komitənin mobil ofisləri vasitəsilə Şamaxı, Ağsu, Qobustan, Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Şabran və Abşeron rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək. Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng etməklə faydalana bilərlər.

Yerlərdə mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır. 

Mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş xüsusi nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.

Eyni zamanda, komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Bütün bunlar daşınmaz əmlakın qeydiyyatının daha çevik, sürətli və vaxta qənaət etməklə təmin olunmasına səbəb olmaqdadır.

Ardını oxu...

Müasir xidmətlər sayəsində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı üçün müraciətləri gündən-günə artır


Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərinə baxılması, onların qəbul edilməsi, rahat və şəffaf  qeydiyyat  xidmətlərinin göstərilməsi işini diqqət mərkəzində saxlayır. Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşların belə hüquqlarının  həyata keçirilməsi, sosial,  iqtisadi aspektlərin və vətəndaş məmnunluğunun təmin olunması üçün tədbirləri gücləndirir.

 Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək  səviyyədə  şərait yaradılıb. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat  idarələri vətəndaşlara xidmət  göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Əsas məqsəd isə  daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara  keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır.

 Bu məqsədə doğru Əmlak Məsələləri Dövlət Komitəsi nailiyyətlərini ildən-ilə artırır. Belə ki, daşınmaz əmlakın qeydiyyatı sahəsinin sürətli inkişafı  sayəsində vətəndaşların  daşınmaz əmlakın qeydiyyatına maraqları ilbəil yüksəlir. Qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət  şəraitinin yüksəldilməsi, o cümlədən komitə  tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır. Sadə  prosedurlar və keyfiyyətli xidmət vətəndaşların öz əmlaklarını  qeydiyyatdan keçirməsi üçün ərazi idarələrinə cəlb edir. Bu isə nəticədə mülkiyyət  sahəsində vətəndaşların sosial, iqtisadi mənafelərinin təmin olunmasına, sosial  məmnunluğun artmasına səbəb olur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Astarada vətəndaş qəbulu keçirib

 Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 4 iyul 2014-cü il   tarixində Astara şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşlar iştirak edib. Vətəndaşların   qəbulu Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan 50-yə yaxın vətəndaş iştirak edib. Komitə sədri onların müraciətlərinə baxıb, təklif və xahişlərini diqqətlə dinləyib. 

Qəbula gələn vətəndaşların əksəriyyətinin müraciəti xüsusi mülkiyyətdə olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına aid olub. Belə ki, onlardan bir qismi onlara ayrılmış və ya alqı-satqı ilə əldə etdikləri torpaq sahələrinin, bir qismi yaşadıqları fərdi həyət evləri və mənzillərinin, digər qismi isə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə əlaqədar müraciət ediblər. Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı komitə sədrinə xahişlərini bildiriblər. Bir neçə vətəndaş müraciəti dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Onlar icarə müqaviləsi əsasında istifadə etdikləri və ya icarədə və istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciət ediblər. Qəbulda iştirak edən vətəndaşlardan bəzisi işə qəbul və digər sosial məsələlərlə bağlı da xahiş və müraciətlərini komitə sədrinə bildiriblər.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?