Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Astarada növbəti vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 4 iyul 2014-cü il tarixində Astara şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Astara şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qəbələdə vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul iyun ayının 20-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Qəbələ şəhərində keçirilib. Qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşlar iştirak edib, onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.

Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı olub.

Komitə sədri qəbula gələn hər bir vətəndaşın müraciətinə diqqətlə dinləyib. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb.  Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata götürülüb.

Ardını oxu...

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Çayçəkici” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 20 iyun 2014-cü il tarixində Qəbələ şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində keçiriləcəkdir. 


 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?