Şamaxıda daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı hüquqi maarifləndirmə tədbiri keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyat və kadastrı sahəsində şəffaflığın daha da artırılması məqsədilə Bakı və regionlarda hüquqi maarifləndirmə tədbirləri keçirməkdə davam edir. Belə ki, komitə tərəfindən 06 iyun 2014-cü il tarixində Şamaxı şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı hüquqi maarifləndirmə seminarı keçirilib. 
Belə tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə qeydiyyat prosesinin praktik tərəflərinin dolğun şəkildə çatdırılmasıdır. 
Seminar Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Şamaxı, Qobustan və Ağsu rayonları üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mobil ofislər Aran rayonlarında

Əmlak Məsələləri Dövlət Komitəsi aprel ayından start verdiyi xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər bu mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırılır.
03-28 iyun tarixlərində komitənin mobil ofisləri vasitəsilə Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri  göstəriləcək. Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng etməklə faydalana bilərlər. 
Yerlərdə mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır.
Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qubada növbəti vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov may ayının 23-də Quba şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların qəbulu Quba şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda 50-yə yaxın vətəndaş iştirak edib.

Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların müraciətlərinə baxıb, onların təklif və xahişlərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı müraciət etmişlər.  

Sədr komitənin səlahiyyətlərinə aid səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq  tapşırıq və göstərişlərini verib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Qəbul vaxtı səsləndirilmiş, lakin araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi vətəndaşlara bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qubada vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənov 23 may 2014-cü il tarixində Quba şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.


 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?