“Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə” adlı İctimai Təqdimat tədbiri keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 16 may 2014-cü il tarixində “Daşınmaz əmlakla bağlı elektron xidmətlər yeni mərhələdə” adlı İctimai Təqdimat tədbiri keçirib. Tədbir yeni elektron xidmətlərin, o cümlədən, daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi ilə bağlı elektron xidmətin ictimai təqdimatına həsr olunub.
Tədbirin mühüm məqsədi müasir dövrdə elektron əmlak idarəçiliyi sisteminin qurulmasında yeni elektron xidmətləri ictimaiyyətə təqdim etmək, bu tədbirlərin xüsusiyyəti, faydaları, vətəndaş-məmur ünsiyyətinin azaldılması və sosial məmnunluğun təmin olunmasında rolu barədə ictimaiyyəti məlumatlandırmaqdır. 
Təqdimat tədbirində Əmlak Məsələləri Dövlət Komitəsinin mərkəzi aparatı, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılma Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, aidiyyəti dövlət qurumlarının, əməkdaşlıq edilən təşkilatların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açıq elan edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov yeni və hazırda istifadədə olan elektron xidmətlərdən bəhs edib. Bildirilib ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri öz daşınmaz əmlakları barədə məlumatları internet vasitəsilə əldə edəcəklər. Nəticədə bununla bağlı ərazi qeydiyyat idarələrinə ərizələrin yazılması, idarələrə müraciət edilməsinə ehtiyac qalmayacaq.
Ardını oxu...

Komitənin nümayəndə heyəti BMT Avropa İqtisadi Komissiyasının tədbirində və Geoməkan Dünya Forumunda iştirak etmişdir

Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, eləcə də daşınmaz əmlak idarəçiliyi sahəsində Avropa ölkələrinin aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır.

Bu baxımdan, BMT-nin Avropa İqtisadi Komissiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında daşınmaz əmlak idarəçiliyi üzrə qarşılıqlı əməkdaşlıq tədbirləri uğurla həyata keçirilir.

Bu ilin 7 may tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin nümayəndə heyəti BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin iclasında iştirak etmişdir. İclasda sözügedən komitənin 8 oktyabr 2013-cü il tarixində keçirilmiş 74-cü Sessiyasında qəbul edilən 2014–2020-ci illər üçün BMT-nin Avropa İqtisadi Komissiyası regionunda Dayanıqlı Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyasının icra vəziyyəti, habelə BMT AİK regionu ölkələri üçün qəbul edilməsi zəruri sayılan Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyasının mətni müzakirə edilirdi. Müzakirələrdə BMT AİK regionunun 56 üzv dövlətinin rəsmi nümayəndə heyətləri, eləcə də diplomatik missiyalarının nümayəndələri iştirak edirdilər. Müzakirə və debatların idarə olunması BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri olan ƏMDK nümayəndəsi tərəfindən həyata keçirilirdi. Sonda Avropa İqtisadi Komissiyasının üzv dövlətlərinin iclasda iştirak edən nümayəndələrinin səsləndirdikləri bəzi təkliflər nəzərə alınmaqla Xartiyanın düzəldilmiş variantının layihəsi qəbul edildi və bu layihənin ölkə təmsilçilərinin iştirakı ilə yekun olaraq bir daha müzakirə edilməsi qərara alındı.

Ardını oxu...

Ünvanların təyin olunmasına dair Dövlət Standartına əsasən yeni qaydalarla ünvanların verilməsi təmin edilir

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı” işlənib hazırlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 10 may 2013-cü il tarixli əmri ilə təsdiq edilib. Bu Standartın təsdiqi ölkəmizdə müasir Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiq edilməsi istiqamətində sistemli tədbirlərin davamı kimi qiymətləndirilir. Dövlət Standartının qəbul edilməsində başlıca məqsəd ölkə üzrə ünvanvermə işlərinin nizamlı və tələblərə uyğun qaydada aparılması, bu sahədə müasir standartların tətbiqi, ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyinin təmin edilməsidir.
Dövlət Standartına əsasən, ölkədə nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə və binadaxili obyektlərə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin  hazırlanması və quraşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini və ünvan reyestrinə dair standartlar müəyyənləşdirilib. Eyni zamanda nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini yolları (küçə və prospektin başlanğıcı və sonu, istiqamət mərkəzi, küçənin sağı və solu, nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətti, kəsişmə nöqtələri) göstərilib.
Ardını oxu...

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə bələdçisi nəşr edilib

Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”ndə nəzərdə tutulmuş hüquqi izahat tədbirləri çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair hüquqi maarifləndirmə bələdçisi çapdan çıxıb.
Bu bələdçi vətəndaşlara, hüquqi və fiziki şəxslərə, digər mülkiyyətçi və maraqlı tərəflərə daşınmaz əmlakın qeydiyyat və kadastrı sahəsində hüquqi istiqamətverici topludur. 
Bələdçi 2 bölmə və əlavələrdən ibarətdir. Birinci bölmədə  daşınmaz əmlakın qeydiyyatı, ikinci bölmədə isə daşınmaz əmlakın kadastrı sahəsini tənzimləyən normativ-hüquqi aktlar öz əksini tapıb. Əlavələr isə şərh, izahat və sənəd nümunələrindən ibarətdir. Bura Texniki pasportların nümunələri, Plan ölçülərin nümunələri, Daşınmaz əmlakın qeydiyyatı, kadastrı, texniki inventarlaşdırılması və ünvan verilməsi sahəsində işlənən terminologiyanın izahı və Daşınmaz əmlakın qeydiyyatı, kadastrı, texniki inventarlaşdırılması və ünvan verilməsi sahəsini tənzimləyən normativ sənədlərə dair hüquqi məsləhətlər daxildir.
Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?