Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri vasitəsi ilə vətəndaşlara qeydiyyat xidmətlərinin göstərilməsi davam etdirilir

Məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi aprel ayının əvvəlindən başlayaraq xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərir. Əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar ərazi qeydiyyat idarələrindən kənarda təşkil edilmiş mobil ofislərdə (xüsusi nəqliyyat vasitələrində) göstərilən qeydiyyat xidmətlərindən faydalanırlar.
Daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Bu xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsindən ibarət olub. Eyni zamanda, mobil ofislərdə xidmətlər zamanı təqdim olunan sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılıb, qəbul edilib, növbəti prosedurlar ətraflı izah edilib və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlər verilib. 
Ardını oxu...

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Azərsənayetikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.

Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusunu əldə etmişdir. 

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin sayını artırır

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarınaəsasən elektron xidmətlərin təşkili və istifadəyə verilməsi üzrə tədbirləri davam etdirir.

Komitənin elektron xidmətlər portalında istifadədə olan elektron xidmətlərin sayının bu il 15-ə yaxın artırılması nəzərdə tutulur. Aprel ayında artıq 7 yeni elektron xidmət təsdiq olunub. Belə ki, bu barədə Nazirlər Kabinetinin 16 aprel 2014-cü il tarixli 105 nömrəli qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na dəyişiklik edilib və bu siyahıya həmin 7 yeni elektron xidmət əlavə olunub. Yeni elektron xidmətlər dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Bu xidmətlərin tətbiqindən sonra dövlət əmlakının icarə əsasında istifadəçisi icarə haqqı borcunu yeni elektron xidmət vasitəsilə öyrənə biləcək. Həmçinin, vətəndaşlar və əmlak sahibləri daşınmaz əmlakla bağlı servitut, uzufruktun qeydiyyatı və ləğvi, məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi əməliyyatlarını elektron qaydada həyata keçirə biləcəklər. Eyni zamanda, digər yeni elektron xidmətin tətbiqi nəticəsində daşınmaz əmlak barədə hər hansı məlumatı daşınmaz əmlakın dövlət reyestrindən əldə etmək elektron şəkildə mümkün olacaq (daşınmaz əmlaka dair hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla).

Ardını oxu...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Müşavirəni açıq elan edən komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən Əmlak Məsələləri Dövlət Komitəsi hesabat dövründə fəaliyyətini uğurla davam etdirib. Komitə üçün prioritet məsələlərdən olan şəfafflıq və ictimai agahlıq, effektiv və səmərəli əmlak idarəçiliyi, sosial məmnunluq və yüksək xidmət keyfiyyətinin təmin olunması istiqamətində bir sıra işlər görülüb.

Komitə sədri çıxışında faəliyyət istiqamətləri üzrə elektron xidmətlərin sayının artırılması, bu ilin mart ayından başlayaraq daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin tətbiqini xüsusilə vurğulayıb. Eyni zamanda, qeydiyyat xidmətlərinin ünvanlarda göstərilməsi ilə bağlı mobil ofislərin yaradılması və mart ayından Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi komitənin rüb ərzində mühüm uğurları sırasında qeyd olunub. Bu tədbirlər vətəndaş-məmur ünsiyyətinin azaldılması, vətəndaşların mülkiyyət məsələlərinin internet vasitəsilə həlli nəticəsində vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib. Eyni zamanda bildirilib ki, qeyd olunan uğurlar mükəmməl elektron əmlak idarəçiliyinin bərqərar olması, “Elektron hökumət”in sürətlə formalaşmasına böyük zəmin yaradır, həmçinin dövlətimizin həyata keçirdiyi şəffaflıq və ictimai etimadın təmin olunması siyasətinə mühüm töhfələrdir.

Ardını oxu...

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?