Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsi

Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsi

Bu xidmət mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsini əhatə edir.

Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (bundan sonra - Xidmət) yazılı və ya elektron formada müraciət edirlər. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə elektron formada müraciət edildikdə, tələb edilən sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə olunur, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əsli tələb edilir. Sertifikatlaşdırma barədə müraciət Xidmətə təqdim edildiyi gün qeydiyyata alınır və müraciətə 10 iş günü ərzində baxılır.

Tələb edilən sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunmadıqda, Xidmət həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmur. Belə olan halda müraciətə baxılma müddəti 30 iş günündən çox olmur. Uyğunluğun qiymətləndirilməsi zamanı ilkin olaraq özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən sənədlər yoxlanılır. Təqdim edilən sənədlərin həqiqiliyinə şübhə olarsa, müraciətin icra müddəti dayandırılır və 48 saat müddətində ciddi şübhəyə əsas verən halların aradan qaldırılması məqsədi ilə müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir. Müraciət edən özəl hüquqi və fiziki şəxslər tərəfindən elektron informasiya sistemindən əldə edilməsi mümkün olmayan sənədlərdə çatışmazlıq olduqda, 10 iş günü müddətində çatışmazlıq aradan qaldırılmalı və bu barədə yazılı və ya elektron formada Xidmətə məlumat verilməlidir. Uyğunluğun qiymətləndirilməsi zamanı növbəti olaraq müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri biliklərinin qiymətləndirilməsi aparılır. Uyğunluğu qiymətləndirilən kadastr mühəndisləri aşağıdakılar barədə nəzəri və praktiki biliklərə malik olmalıdırlar:

  1. mülki hüquq və torpaq münasibətləri, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi və digər aidiyyəti sahələri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları;
  2. torpaq sahələrinin, bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının və çöl-ölçmə işlərinin aparılmasının ümumi qaydaları;
  3. öz peşə fəaliyyətləri dairəsində tətbiq olunan məlumatların toplanılmasının, saxlanılmasının və işlənilməsinin kompüter üsulları, informasiyanın qorunması, işlənilib hazırlanması və verilməsi qaydaları;
  4. öz peşə fəaliyyətlərində fotoqrammetrik üsulların və Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi;
  5. kadastr xəritələrinin tərtibi;
  6. sənaye və mülki obyektlərin həndəsi ölçülərinin geodezi monitorinqi;
  7. plan və xəritələrin hazırlanması üçün geodeziya işlərinin aparılması, müasir geodeziya alətlərinin quruluşu, onların yoxlanılması, tənzimlənməsi və istismarı üsulları;
  8. inzibati idarəçilik, inzibati prosedurlar, maliyyə ödənişləri ilə bağlı ilkin biliklər.

Uyğunluğun qiymətləndirilməsi zamanı yekun olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işlərinin aparılması barədə məlumatlandırılması, torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması, mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması, torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması, mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi sahəsində müraciət edən özəl hüquqi və fiziki şəxslərin praktiki bilikləri yoxlanılır. Qeyd edilən nəzəri və praktiki biliklərin yoxlanılması

məqsədi ilə tərkibi 5 nəfərdən ibarət olan, Xidmət rəisinin əmri ilə daimi fəaliyyət göstərən komissiya yaradılır. Komissiyanın tərkibinə müstəqil ekspertlərin daxil edilməsinə yol verilir. Nəzəri biliklərin yoxlanılması və praktiki biliklərlə bağlı yazılı və ya elektron formada müraciət edildiyi gündən 5 iş günü müddətində komissiya müraciət edən özəl hüquqi və fiziki şəxslərin nəzəri və praktiki biliklərinə dair rəy verir və bu rəy özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsində nəzərə alınır. İmtina üçün əsas olmadığı təqdirdə, Xidmət tərəfindən müraciət edən özəl hüquqi və fiziki şəxslərə mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsi barədə qərar qəbul edilir və bu barədə 48 saat ərzində müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sertifikat müraciət edən hüquqi və fiziki şəxslərə təqdim edilir. Sertifikat verildiyi tarixdən 3 il müddətinə etibarlıdır. Sertifikatın müddəti hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadılır. Sertifikatın müddətinin uzadılması üçün sertifikatın müddətinin bitməsinə ən azı 1 ay qalmış sertifikat sahibi Xidmətə müraciət etməlidir. Sertifikatın müddətinin uzadılması barədə müraciətə ümumi əsaslarla baxılır. Sertifikat aşağıdakı hallarda ləğv edilir:

  1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  2. sertifikat verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
  3. məhkəmənin müvafiq qərarı olduqda;
  4. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs öldükdə, məhkəmənin qərarı ilə itkin düşmüş və ya ölmüş elan edildikdə;
  5. fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda.

Sertifikatın ləğv edilməsi halında, qərar qəbul edildiyi andan 3 iş günü müddətində yazılı şəkildə sertifikat sahibinə məlumat verilir.

            Bu haqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi qaydalarından və “dxr.az”-dan ətraflı məlumatı ala bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatların verilməsi

Tələb olunan sənədlər

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd

Sənədin surəti

Fiziki şəxsin daşınmaz əmlakın kadastrı, yerquruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi sahəsində ən azı 1 il iş stajının olmasını təsdiq edən sənəd

Sənədin əsli

Hüquqi şəxsin nizamnaməsi

Sənədin surəti

Fiziki şəxsin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə ali təhsili haqqında sənədi

Sənədin surəti

Hüquqi şəxsin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə və ən azı 3 il iş stajı olan alitəhsilli işçilərinin olmasını təsdiq edən sənəd

Sənədin əsli

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənəd

Sənədin surəti

Ərizə

Sənədin əsli