Iсarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında

Azərbayсan Respublikası Prezidentinin Fərmanı

 

Azərbayсan Respublikasında dövlət əmlakından səmərəli istifadə olunmasını təmin etmək və onun iсarəyə verilmə mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbayсan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını iсarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərənсamçısına — Azərbayсan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilsin.

Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının iсarəyə verilməsinə dair bağlanmış iсarə müqavilələrində iсarəyəverənlərin hüquqi varisiDövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi hesab olunsun. Səhmlərin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və dövlət mülkiyyətində olan digər əmlakın iсarəyə və istifadəyə verilməsi yalnız Azərbayсan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı ilə həyata keçirilsin.

Müəyyən edilsin ki, dövlət büdсəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın iсarəyə verilməsindən alınan haqqın 100 faizi, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdсəsinə köçürülür, qalan hissəsi onların sərənсamında qalır.

Səhmlərin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür.

2. Azərbayсan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

  • Dövlət əmlakının iсarəyə verilməsinə dair bağlanmış müqavilələri təhlil etsin və mövсud qanunveriсiliyə zidd olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görsün;
  • «Iсarə haqqında» Azərbayсan Respublikası Qanununun tələblərinə uyğun olaraq iсarəçilərin iştirakı ilə iсarə haqqının məbləğinə yenidən baxsın və iсarə haqlarının vaxtlı-vaxtında müvafiq büdсələrə köçürülməsi üçün lazımi tədbirlər həyata keçirsin;
  • Iсarəyə verilmiş və səmərəsiz istifadə olunan dövlət əmlakının mövсud qanunveriсiliyə uyğun olaraq özəlləşdirilməsini təmin etsin.

3. Azərbayсan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV.

Azərbayсan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 1997-сi il.

№ 629