Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanına əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

1. Azərbaycan Respublikası prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 8, III kitab, maddə 606, 2002-ci il, № 4, II kitab, maddə 189) 7.4.1-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Müştərək müəssisələrdə əmlakın 50 faizi və ya daha çox hissəsi dövlətə məxsus olduğu hallarda, dövlətin həmin payı investisiya müsabiqəsi yolu ilə özəlləşdirilə bilər».

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 8 oktyabr 2002-ciil.

№ 796