Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında» Əsasnamə»yə əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Dövlət əmlakının özəlləşdirilməsi prosesini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

I. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında» Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 10, maddə 640) 15 bəndinə aşağıdakı əlavələr edilsin:

  • bəndin birinci abzasında «özəlləşdirilmə komissiyası» sözlərindən sonra «(kiçik müəssisələr istisna olmaqla)» sözləri əlavə edilsin;
  •  bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Özəlləşdirmə prosesində kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbəri və mühasib tərəfindən müəssisənin (obyektin) əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. Kiçik dövlət müəssisələri (obyektləri) özəlləşdirilərkən bu Əsasnamə ilə özəlləşdirmə komissiyasının hüquqlarına aid edilən digər hüquqlar da göstərilən qaydada həyata keçirilir.»

II. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 27 sentyabr 2003-cü il

№ 924