Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.0.15-ci yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.0.15-1-ci yarımbənd əlavə edilsin:

“3.0.15-1. strukturuna daxil olan qurum vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.

2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.0.3-cü yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 3.0.3-1-ci yarımbənd əlavə edilsin:

“3.0.3-1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2018-ci il.