Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

«Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının

minimum məbləğinin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli, 34 nömrəli qərarına
dəyişiklik edilməsi barədə

Qərar № 60

 

Bakı şəhəri, 27 mart 2000-ci il

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği»ndə icarə haqqı tarifi cədvəli aşağıdakı yeni redaksiyada verilsin:

 

(manatla)

Qeyri-yaşayış sahəsinin tə`yinatı

1 m2 sahənin illik icarə haqqı tarifi

Bakı şəhəri ərazisində yerləşən sahələr üzrə

Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə

1-ci və yuxarı mərtəbə

zirzəmi, yarımzirzəmi, çardaq

1-ci və yuxarı mərtəbə

zirzəmi, yarımzirzəmi, çardaq

1

2

3

4

5

6

 

Büdcə vəsaiti hesabına maliyyələşdirilən müəssisələrin, incəsənət və mədəniyyət obyektlərinin, yaradıcılıq e`malatxanalarının, sənətkarların icarəsindəki sahələr*

6000

4000

3000

2000

 

Ictimai və siyasi təşkilatlar, dini və xeyriyyə təşkilatları, əmtəə birjaları, təhsil, səhiyyə, idman və istehsal tə`yinatlı sahələr

10000

7000

5000

3500

 

Poçt xidməti və kütləvi informasiya fəaliyyəti məqsədilə icarəyə götürülən sahələr

19000

13000

10000

7000

 

Kitab mağazalarının icarəsindəki sahələr

6000

4000

3000

2000

 

Kommersiya, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icarəsindəki sahələr və 1—4-cü bəndlər üzrə əgər sahədən tə`yinatı üzrə istifadə edilməzsə

19000

13000

10000

7000

 

Xarici səfirliklərin, diplomatik nümayəndəliklərin icarəyə götürdüyü sahələr

150000

100000

45000

30000

 

Nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin və xarici fiziki şəxslərin qeyri-istehsal məqsədilə icarəyə götürdüyü sahələr

30000

20000

15000

10000

 

Nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin və xarici fiziki şəxslərin istehsal məqsədilə icarəyə götürdüyü sahələr

20000

14000

10000

5000

 

2. Qərara əlavədə zona əmsalları müəyyən edildikdən sonra 4-cü abzasda «Icarə haqqı tarifi cədvəlindəki» sözlərindən sonra «1, 2, 3, 6, 7, 8 və 11-ci qrupa daxil olan sahələr» sözləri «1, 2, 3 və 8-ci qrupa daxil olan sahələr» sözləri ilə əvəz edilsin.

3. Bu qərarın əlavəsində axırıncı abzasdan əvvəl aşağıdakı məzmunda abzas əlavə edilsin:

«Müəyyən edilsin ki, «Azərbaycan Respublikasında dövlət əmlakının icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 avqust tarixli Fərmanına uyğun olaraq icarə haqqının müvafiq hissəsi icarəçi tərəfindən bilavasitə icarəyə verilən daşınmaz əmlakı balansında saxlayan müəssisəyə ödənilir».

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ.

Azərbaycan Respublikasının Baş naziri

 

 

* Sənətkarlara və yaradıcılıq e`malatxanalarında fəaliyyət göstərən icarəçilərə bu qrup üzrə icarə haqqı Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və yaradıcılıq ittifaqları tərəfindən verilmiş müvafiq sənəd əsasında müəyyən edilir.